Bəstəkar verilişdən qovuldu: "Bəsdir danışdın. Çıxa bilərsən”.
Bizi izləyin

Tabloid.az

Bəstəkar verilişdən qovuldu: "Bəsdir danışdın. Çıxa bilərsən”.

“Tahir müəllim, bəsdir danışdın. Çıxa bilərsən verlişdən”.

“Tahir müəllim, bəsdir danışdın. Çıxa bilərsən verlişdən”.

Bu gün “Xəzər” telekanalında yayımlanan “5/5” verlişində qonaq olan qocaman bəstəkar Tahir Əkbər, ilk öncə Zaur Kamala gözəl verliş hazırladığı üçün təşəkkürünü bildirib. Daha sonra Zaurun verlişini qonşu telekanallarda adını çəkmək istəmədiyi verlişlə müqayisə edərkən bəzi qaranlıq məqamların da üstünü açmış olub:

"Yaradıcı insana verlişinizdə qiymət verirsiniz. Çünki, burada əyləşənlər xalqın sevib-seçdiyi sənətçilər, musiqiçilərdir. Amma əfsus ki, başqa bir kanalda, məkanda o yoxdur. O telekanalların verlişlərində insan bəzən bezir. Bu verlişin xüsusi bir abu-havası ki var, insana xoş təəsürat bağışlayır. Heç kim bu verlişdə gəlib sənin mikrafonuvu dartıb çıxartmaz ki, “Tahir müəllim, bəsdir danışdın. Çıxa bilərsən verlişdən”.

Zaur bəstəkara təccüblə “Elə də olur?” deyə sual verib. “Elə verlişlər var, bəli! Əfsus ki, var elə verliş” deyən Tahir Əkbər, son məqamda belə ona qarşı hörmətsizlik edən verlişin adını yenə də açıqlamayıb. /Gecce.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm