• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Əli Mirəliyev: "Qorxaq müğənniləri özümlə müharibəyə aparacam"

Əli Mirəliyev: "Qorxaq müğənniləri özümlə müharibəyə aparacam"

“Bu şou-biznesin qorxaq müğənnilərini aparacam müharibəyə”.

Bu sözləri Publika.az- a açıqlamasında müğənni Əli Mirəliyev 8 əsgərimizin şəhid olmasına rəğmən səhər saatlarında bəzi müğənnilərin telekanallarda oxumasına, şit-şit hərəkətlər edib qol götürüb oynamalarına münasibət bildirirkən deyib.

Müğənninin sözlərinə görə, belə bir gündə şou-biznes nümayəndələrinin efirə çıxıb oxuması biabırçılıqdır:

“Bu çox, çox pis haldır. Ayıb olsun onlara ki, belə bir gündə 9 milyonluq xalqın qarşısına çıxıb onlara şou göstərirlər! 8 əsgərimiz şəhid olub, telekanallar da səhər tezdən şou göstərirlər. Bəzi müğənnilər də çıxıb oxuyub oynayırlar. Ayıb olsun onlara, başqa söz tapa bilmirəm. Ukrayna o boyda Rusiyaya qarşı mübarizə aparır. Ona görə ki, orada hamı bir nəfər kimi vətən yolunda, torpaq yolunda şəhid olmağa hazırdır. Eyni sözü qardaş Türkiyə haqqında da demək olar, bir hadisə olan kimi bütün türk xalqı ayağa qalxır, telekanallar əyləncəli verlişlərini yığışdırırlar. Bizim də bəzi müğənnilərimiz çıxıb telekanallarda oxuyurlar, ora- buralarını reklam edirlər. Ayıb olsun!

Artıq vaxtdır, biz öz torpaqlarımızı azad etməliyik. Mən çox istərdim ki, ali baş komandanımız müharibə əmri versin. Əgər belə bir komanda olarsa, müharibə başlasa birinci qabaqda mən gedəcəm. Getməsəm, kişi deyiləm! Çünki mən getməsəm mənim dalımca o şou-biznes nümayəndələri gəlməyəcək, qaçıb orda-burda, dərmə-deşikdə gizlənəcəklər. Mən gedəcəm və bu şou-biznesin qorxaq müğənnilərini də özümlə aparacam müharibəyə. Ona görə də mən çox istərdim ki, ali baş komandanımız müharibə əmri versin”.

Hikmət Kərimoğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR