Millət vəkili qəm içində: “Allah rəhmət eləsin, tez getdi” – FOTO
Bizi izləyin

Tabloid.az

Millət vəkili qəm içində: “Allah rəhmət eləsin, tez getdi” – FOTO

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, millət vəkili Aydın Mirzəzadə dünyaşöhrətli aktyor Robin Uilyamsın ölümündən kədərlənib.

Publika.az-ın məlumatına görə, millət vəkili sosial şəbəkədə aktyorun fotosunu paylaşıb və kədərini belə ifadə edib: “Məşhur amerikalı aktyor Robin Uilyamsın dünyasını dəyişməsinə çox pis oldum. Bu aktyoru çox sevirdim, onun iştirakı ilə olan filmlərin birini də buraxmırdım. Üzündə bir nur, insanlıq var idi. İnsanlıq cizgiləri milliyətə, ölkəyə baxmır. Allah rəhmət eləsin, tez getdi, hələ insanları çox sevindirə bilərdi”.

Qeyd edək ki, məşhur ABŞ aktyoru, "Oskar" mükafatı laureatı, 63 yaşlı Robin Uilyams özünü asaraq intihar edib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm