Tural Bayraməliyevin bəstəsi əməkdar artistin repertuarında – FOTO
Bizi izləyin

Tabloid.az

Tural Bayraməliyevin bəstəsi əməkdar artistin repertuarında – FOTO

Gənc bəstəkar Tural Bayraməliyev yenilikləri ilə yenə şou-biznesin gündəmində qala bilib.
Publika.az-a bu barədə danışan bəstəkar iki xalq artisti və əməkdar artist Mətanət İsgəndərli ilə işbirliyinə başlayıb. Bəstəkar hələlik hansı xalq artistləri ilə işləyəcəyini sirr saxladı. Amma Mətanət İsgəndərlinin repertuarında yer alan yeni bəstənin sözləri və musiqisinin Tural Bayraməliyevə məxsus olduğu söylədi. Əməkdar artistin “Müstəqil Azərbaycan” adlanan yeni mahnısı qardaş Türkiyədə bəstəkarın istəyi ilə oranjiman edilib.

Bəstəkar, eyni zamanda, mahnılarını gənc ifaçılara da həvalə edib. Yaxın zamanlarda Sevil və Sevinc bacılarının repertuarında da Turalın yeni bəstəsi yer alacaq.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Tural Bayraməliyevin bəstələrinin hər ikisinə klip çəkilməsi də nəzərdə tutulub. Artıq hər iki klipin çəkilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm