Müslüm Maqomayevin anım günü keçiriləcək – FOTO
Bizi izləyin

Tabloid.az

Müslüm Maqomayevin anım günü keçiriləcək – FOTO

Avqustun 17-də Azərbaycanın dünyaşöhrətli musiqiçisi Müslüm Maqomayevin doğum günüdür.

Publika.az-ın məlumatına görə, avqustun 17-də, saat 18.00-də Fəxri Xiyabanda Azərbaycan sənətkarının anım mərasimi keçiriləcək. Mərasimdə sənətkarın yaxınları, sənət dostları, rəsmilər, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 19 yaşında Helsinkidə gənclər festivalının qalibi olub. 1969-cu ildə Sopot (Polşa) beynəlxalq mahnı festivalının baş mükafatını qazanıb. İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Azərbaycan Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub.

Sənətkar keçmiş SSRİ-nin bir çox təltiflərinə, müstəqil Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb. 2008-ci il oktyabrın 25-də Moskvada vəfat edib. Müğənni doğma şəhəri Bakıda, Fəxri Xiyabanda dəfn edilib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm