Puqaçovadan Putinə açıq məktub: "Olmaz!"
Bizi izləyin

Tabloid.az

Puqaçovadan Putinə açıq məktub: "Olmaz!"

Primadonna Alla Puqaçova Andrey Makareviçi dəstələyərək Prezident Vladimir Putinə açıq məktub göndərib və musiqiçinin düşdüyü duruma diqqət yetirməyi xahiş edib.

Publika.az rus mətbuatına istinadən bildirir ki, A.Puqaçovanın fikrincə, Makareviçin Ukrayna hadisələri barədə öz fikrini söyləməyə tam haqqı var. Bunun üçün mətbuat və siyasi xadimlərin onu mühakimə etməyə, xüsusən, mükafatlardan məhrum etməyə ixtiyarları yoxdur.

Puqaçovanın dövlət başçısına müraciətini digər tanınmış şəxslər - Liya Axeddjakova, Anna Tereşkova, İrina Proxova da dəstəkləyiblər. Müraciətin müəllifi sıxışdırılan musiqiçini Nobel mükafatını qəbul etməyə razılıq verdiyi üçün təqib olunan Boris Pasternakla müqayisə edib. Primadonnanın fikrincə, Makareviç sovet qoşunlarının Əfqanıstana yeridilməsi əleyhinə çıxan alim Andrey Saxarovun durumuna düşüb. Şoumen Maksim Qalkinin həyat yoldaşı xatırladır ki, siyasət və yaradıcılığı qarışdırmaq olmaz, hətta ictimai rəyin əksinə olsa belə, öz mövqeyini bildirdyi üçün mükafatlardan məhrum etmək heç olmaz.

Puqaçova qeyd edir ki, Makareviç bu mükafatları Rusiya xalqından siyasi fəaliyyətinə görə deyil, yaradıcılığına görə alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm