Tanınmış rus musiqiçidən onu faşist adlandıranlara cavab
Bizi izləyin

Tabloid.az

Tanınmış rus musiqiçidən onu faşist adlandıranlara cavab

Özünün ekstravaqant çıxışları ilə tanınan deputat Yevgeni Fyodorov “İzvestiya” qəzetində bildirib ki, Andrey Makareviç çoxdandır faşistlərlə əməkdaşlıq edir. Digər deputat Vadim Denqin də müğənni əleyhinə fikirlər səsləndirib.

Axar.az Rusiya mediasına istinadən xəbər verir ki, Makareviçin cavabı qısa olub: “Axı onları necə qiymətləndirmək olar? Onlardan biri yalan danışır, digəri isə həyasızlıq edir. Mən həqiqətən də gedib qaçqınlar üçün oxumuşam, amma pulsuz-parasız, hələ mənim gəlişim sayəsində o uşaqlara üç maşın humanitar yardım da gəlmişdi. Yoldaş Fyodorova gəldikdə isə, əgər o, məni bir daha faşistlərlə əməkdaşlıqda ittiham etsə, yəqin ki, onunla məhkəmədə görüşəsi olacam, halbuki mən çox böyük məmnuniyyətlə, musiqi ilə məşğul olardım. Ancaq onlar məni lap boğaza yığıblar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm