• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Xəzər”in canlı yayımında mübahisə düşdü - FOTOLAR

“Xəzər”in canlı yayımında mübahisə düşdü - FOTOLAR

“Xəzər” televiziyasında yayımlanan “Hər şey daxil” verilişində maraqlı anlar yaşanıb.

Verilişin qonağı olan Nadir Qafarzadə həmkarı Fidan Süleymanovanın “evdə qalmışam, alan yoxdur, heç kim ürəyimə yatmır” sözünə atmacayla cavab verib: “Düşünmə ki, evdə qalıb qızıla dönəcəksən. Elə şey olmayacaq”.

Sənətçilər ictimai qınaqdan da danşıblar. Qafarzadə bildirib ki, indiyə kimi ictimai qınağa böyük önəm verib: “Yazıblar ki, guya mənim bacım Bakıda süpürgəçi işləyir. Əvvəla Bacım Baknı tanımır. Bizə gələndə də köməkçim qarşılayıb evə gətirir. İkincisi də süpürgəçi işləmək ayıb deyil, asan pul qazanmaq üçün pis yola düşmək ayıbdı. Hansısa xəbərdən utanıb intihar eləsəm, kimin cibinə pul dolacaq?”. F.Süleymanova Qafarzadənin açıqlamasına belə reaksiya verib: “Məncə Nadir Qafarzadə haqqında yazılan heç nə ona ziyan gətirməyib. Mən də vaxtında qalmaqallardan qaçmışam. İndi çox peşmanam. Bu gün tamaşaçıya qalmaqal daha maraqlıdır”.

İntiqam Valehoğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR