Mətanət İsgəndərli: “Cavanlıqda tramvay yox, parovoz sürmüşəm”- AÇIQLAMA
Bizi izləyin

Tabloid.az

Mətanət İsgəndərli: “Cavanlıqda tramvay yox, parovoz sürmüşəm”- AÇIQLAMA

Əməkdar artist Mətanət İsgəndərli teleaparıcı gənclik illərində tramvay sürməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Sənətçi Publika.az-a açıqlamasında deyib ki, onun cavanlıqda tramvay sürməsiylə bağlı deyilənlər yalandır.

Amma: “Ülviraya səhv məlumat veriblər. Böyüklərdən soruşsun, ona mütləq düzünü deyəcəklər. Mən cavanlıqda parovoz sürmüşəm. Bakı-Biləcəri, Bakı-Ucar reysində işləyirdim. Parovozu yaxşı sürdüyümə görə məni sonra gəmiyə keçirdilər. Bir müddət də gəmi sürmüşəm”.

Qeyd edək ki, teleaparıcı Ülvira Qarayeva aparıcısı olduğu “Evdəyik” verilişində Mətanət İsgəndərlinin gənclik illərində tramvay sürdüyünü bildirmişdi.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm