Günə 14 şüşə spirtli içki qəbul edən aktyor
Bizi izləyin

Tabloid.az

Günə 14 şüşə spirtli içki qəbul edən aktyor

Fransız aktyoru Jerar Depardye darıxmamaq üçün gün ərzində spirtli içkilərdən istifadə etdiyini etiraf edib.

Onun sözlərinə görə, darıxanda nəzarət hissini itirdiyi üçün 14 şüşəyədək spirtli içki istifadə edir.

Depardye etiraf edib: “Mən darıxanda içməyə başlayıram. İçməyə başladımsa, adi insanlar kimi olmuram. Gün ərzində 12, 13, 14 şüşə içməyə başlayıram”.

Onun sözlərinə görə, darıxdığı vaxt səhər saat 10-dək şampan və ya qırmızı şərabdan istifadə edir. Beləcə, nahar və şam yeməyinə qədər araq, viski, pastis kimi spirtli içkilər içir.

Bununla belə, həkimlər sağlamlığına görə 65 yaşlı aktyora spirtli içkidən uzaq durmağı məsləhət görüblər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm