ANS-in keçmiş aparıcısı: “Kupalnik”də şəkil çəkdirməmişəm ki” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

ANS-in keçmiş aparıcısı: “Kupalnik”də şəkil çəkdirməmişəm ki” – FOTOLAR

Onu ANS-də yayımlanan “Xonça”, “Kamerton” kimi verilişlərdən tanıdıq. Kimlərsə sevdi, kimlərsə bəyənmədi.

Özünəməxsus danışıq tərzi və ədasıyla seçilən Gülnarə Məmmədova xeyli müddətdir ki, Azərbaycanı tərk edib, Türkiyədə yaşayır. Tanınmış teleaparıcı Publika.az-a müsahibəsində Azərbaycandan getmə səbəblərindən, hazırda Türkiyədə məşğul olduğu işlərdən, şəxsi həyatından və digər maraqlı məsələlərdən danışıb.

- Gülnarə xanım, Türkiyədə nə işlə məşğulsunuz?

- Burada öz sahəm üzrə çalışmıram.

- Bəs hansı sahədəsiniz?

- Turizm sahəsində işləyirəm. İndi xarici dilləri öyrənməyə başlamışam və bu işdən zövq alıram. Türkiyəyə qalmaq niyyəti ilə gəlməmişdim. Həmişəki kimi, istirahət etmək, gəzmək istəyirdim. Qəfil qərar verdim və burada qaldım.

- Nə zaman qərar verdiniz?

- Burada olduğumun bir ili tamam olacaq.

- Geri dönmək planınız varmı?

- Mən artıq planla yaşamıram. Həyatımı planlamıram. Sabah da Azərbaycana qayıda bilərəm, heç qayıtmamağım da mümkündür.

- Nə əcəb öz sahənizdə çalışmadınız?

- Bura gələndə çox yorğun idim, sanki televiziya sahəsindən bezmişdim. Amma bura yeni gələndə mənə bir seriala çəkilmək təklif olunmuşdu. Həmin serialda kənd qızı rolunda oynamalıydım. Sadəcə, üzərimdə işləməyim, dil öyrənməyim lazım idi.

- Şəxsi həyatınla bağlı vəziyyət nə yerdədir?

- Azərbaycanda çox qəribə bir şey var. “Türkiyə” deyəndə orda hər kəsin ağlına ilk növbədə ər gəlir. Soruşurlar ki, ərə getməyəcəksən? Amma ərə hər yerdə getmək olur. İnsan hara gedirsə, ağlı dəyişmir. Mən Bakıda da ərə gedə bilərəm, burada da. İndilikdə nə ərə getmək niyyətim, nə də belə bir namizəd var. Əslində, ailə həyatı qurmağı çox istəyərəm. Mənə görə insan olsun, milliyyətinin fərqi yoxdur. Əvvəl məntiqlə evlənəcəyimi deyirdim. İndi isə duyğu da olacaq, sevgi də, məntiq də. İnsanlara maddiyyatına görə dəyər vermirəm.

- Elə bil ki, Azərbaycandan incik getmişdiniz...

- Orada çox depressiyaya girirdim, özümü yaxşı hiss etmirdim. İndi daha rahatam. Hərdən özümə sual verirəm ki, mən niyə burdayam?

- Darıxdığınız, geriyə dönmək istədiyin anlar olur?

- Bəli, ailəm, yaxınlarım üçün darıxıram. Azərbaycana qayıdıb işlərimə davam etməyim də mümkündür və dəvətlər də alıram. Sadəcə, Azərbaycanda aparıcıların maaşı yüksək deyil. Aparıcılar nə alır ki? O gün mənə “Xonça” verilişimi Azərbaycandakı regional televiziyaların birində hazırlamağı təklif etdilər. Maraq üçün maaşı soruşdum. Halbuki, belə bir verilişi yenidən aparmaq istəyim yoxdur. Bir dəfə elədim, gözəl elədim. Mənə təklif olunan maaşı desəm, gülərsiniz.

- Nə qədər idi?

- 400 manat dedilər. Yəni Azərbaycanda aparıcıların maaşı çox aşağıdır.

- Türkiyədə bilənlər varmı ki, siz Azərbaycanda tanınan aparıcılardan olmusunuz?

- Burada azərbaycanlılar çoxdur deyə məni tanıyırlar. Özüm söyləməsəm belə.

- Sosial şəbəkələrdə də çox fəalsınız. Hətta paylaşdığınız fotoların bir çoxu partilərdən, əyləncə gecələrindəndir. Deyəsən, ora gedəndən bir qədər sərbəstləşmisiniz...

- Düzdür, İstanbul insana rahatlıq verir. Həmişə oturuşuma, duruşuma fikir vermişəm. İndi də eləyəm. “Kupalnik”də şəkil çəkdirməmişəm ki. Uzaqbaşı, “şortik”də şəkil çəkdirmişəm. Nə var ki burda?

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm