Aybəniz işsizliklə bağlı millət vəkillərinə müraciət etdi
Bizi izləyin

Tabloid.az

Aybəniz işsizliklə bağlı millət vəkillərinə müraciət etdi

Aybəniz işsizliklə bağlı millət vəkillərinə müraciət etdi

Əməkdar artist Aybəniz Haşımova millət vəkillərinə müraciət edib.

Publika.Az xəbər verir ki, sənətçi gənclərin universitetləri bitirdikdən sonra iş tapa bilməmələri və nəticədə gəncliyin küskün hala çevrilməsindən narahatlılığını bildirib.

İşsizlik probleminin aradan qaldırılması ilə bağlı xanım Haşımova belə söyləyir:

“Dəyərli millət vəkilləri, çox saylı müraciyyətlərdən sonra qərara gəldim ki, sizə belə bir xahiş və müraciət edim.

Sovet dövrünün ən gözəl qərarlarından biri, institut tələbələri təhsillərini bitirdikdən sonra təyinatlara, əsasən müxtəlif rayonlarımızda işlə təmin olunurdular və işsiz qalmırdılar.

Bu gün əksər gənclərimiz universitetləri bitirdikdən sonra heç bir yerdə iş tapa bilmirlər. Buda, bir çox gənclərin həyatdan küsmələrinə səbəb olur.

Mən xatırlayıram ki, bizim gənclik illərimiz də, biz bilirdik ki, təhsilimizi bitirdikdən sonra küçədə qalmayacağıq.

Ən azindan işimiz olacaq. Amma indiki gənclərin bu kimi problemləri onları tam xoşbəxt olmağa imkan vermir.

Xahiş edirəm bu məsələylə bağlı bir plan hazırlayasınız və ali məclisə təqdim edəsiniz. Təhsillərini bitirdikdən sonra təyyinatla gənclərimiz işlə təmin olunsunlar. Axı onlar bizim gələcəyimizdir”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm