İlhamə Quliyeva Flora Kərimovaya ad verdi
Bizi izləyin

Tabloid.az

İlhamə Quliyeva Flora Kərimovaya ad verdi

ANS-də Elgiz Əkbərin aparıcılığı ilə yayımlanan “Adam içində” verilişində gözlənilməz anlar yaşanıb. Publika.az-ın məlumatına görə, verilişə telefon bağlantısı ilə qoşulan bir tamaşaçı Xalq artisti İlhamə Quliyevanı Flora Kərimova ilə səhv salıb: “Mən Azərbaycan estradasının kraliçası Flora Kərimovanı salamlayıram...”

İlhamə Quliyevanın məsələyə reaksiyası isə belə olub:

“Niyə də yox? Biz hamımız kraliçayıq”.

Qeyd edək ki, bu iki xalq artisti arasındakı soyuq münasibətlər illərdir ki, davam edir. Məhz bu səbəbdən İlhamə Quliyevanın Flora Kərimova haqda belə müsbət fikirlər səsləndirməsi təəccüblə qarşılanıb. Bu gedişlə tərəflərin “soyuq müharibə”yə son qoyacağı da istisna deyil.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm