İlin qadını seçildi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

İlin qadını seçildi - FOTOLAR

Məşhur musiqi dərgisi “BilboArd” ilin qadınını seçib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dərgi növbəti dəfə üstünlüyü müğənni Teylor Sviftə verib. Bununla da Svift sözügedən mükafatı ikinci dəfə qazanan ilk və hələlik yeganə müğənni kimi tarixə düşüb.

Qeyd edək ki, müğənni 2011-ci ildə də eyni mükafata layiq görülmüşdü. İlk dəfə 2006-cı ildə böyük səhnədə debüt edən 24 yaşlı pop ulduz populyarlığını hər gün daha da artırmaqdadır. Duyğusal sevgi mahnılarıyla özünə milyonlarla pərəstişkar qazanan sənətçinin hər musiqi albomu 4 milyondan çox satılıb. O, bütün zamanların ən çox rəqəmsal albom satan sənətçisi kimi də tarixə düşüb.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm