• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Aygün Ebru Gündeşin təklifini rədd etdi – VİDEO

Aygün Ebru Gündeşin təklifini rədd etdi – VİDEO

Türkiyədə yaşayan azərbaycanlı müğənni Aygün İsmayılova-Miyak və daha iki həmyerlimiz - İsmayıl Quliyev və Tamara Muradova qardaş ölkədə çox məşhur olan “O səs Türkiyə” müsabiqəsində növbəti tura keçiblər.

Publika.az-ın məlumatına görə, hər üç müğənni türkiyəli münsifləri heyran qoyub. Aygün “Besame Muço” mahnısını oxuyaraq səsi ilə münsifləri təəccübləndirib. Münsiflərdən müğənni Ebru Gündeş Aygün İsmayılovanı qrupunda görmək istədiyini desə də, sənətçi Mazhar və Özkanın təklifini qəbul edərək, onları seçib. Aygünə dəstək üçün gələnlər arasında sənətçinin həyat yoldaşı da yer alıb. Qeyd edək ki, Aygün türkiyəli iş adamı Haluk Miyakla ailə qurub.

Orhan Gencebayın “Gitti de gitti” mahnısını səsləndirən İsmayıl Quliyevə Hadisədən başqa digər jüri üzvləri “hə” deyib və ifaçının səsinə heyran olduqlarını bildiriblər. İsmayıl Quliyev Gökhan Özoğuzun komandasında yarışacaq.

Tamara Muradova da Tofiq Quliyevin “Yalqızam, yalqız” mahnısı ilə hamını heyran edib. Tamara Ebru Gündeş və Gökhana "yox" deyərək, Mazhar və Özkanın təklifini qəbul edib.

Publika.az həmyerlilərimizin çıxışını təqdim edir:

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR