Bizim "Nabat" Yaponiyada - FOTO
Bizi izləyin

Tabloid.az

Bizim "Nabat" Yaponiyada - FOTO

Oktyabrın 24-də 27-ci Tokio Beynəlxalq Film Festivalında (Tokyo İnternational Film Festival) “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Nabat” bədii filminin Asiya premyerası baş tutub.

Axar.az xəbər verir ki, təqdimatda filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu və baş rolun ifaçısı Fatimə Motamed Arya iştirak ediblər.

Film Asiya kino-auditoriyası tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Milli kino tarixində Azərbaycanın ilk dəfə təmsil olunduğu Tokio Beynəlxalq Film Festivalı çərçivəsində “Nabat” filminin növbəti təqdimatları oktyabrın 28 və 30-da Tokionun ən məşhur kinoteatrı olan “Toho sinema”da baş tutacaq.

Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-ci ildə istehsal olunan “Nabat” filminin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm