• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Təranə Musanın davasından danışdı: “Yerimdən tərpənmədim” - ÖZƏL- Yenilənib

Təranə Musanın davasından danışdı: “Yerimdən tərpənmədim” -  ÖZƏL- Yenilənib

Müğənni Təranə Qumral bir neçə dəqiqə öncə həyat yoldaşı Musa Musayevin Nazəninin prodüseri Pərvizlə əlbəyaxa davasından danışıb. Sənətçi Publika.az-a açıqlamasında baş verənləri belə izah edib:

“Neçə vaxtdır bizimlə ədavət aparırlar. Bilmirəm, bölə bilmədikləri nələri var. Yalları artıq düşüb, yoxsa pulları? Nazəninin bir prodüseri var. Heç bilinmir ki qadındır, yoxsa kişi. Özünü bilmirəm nə yerə qoyub? Kimin çantasını daşıyırsan, get daşı da. Bizimlə nə işin var? Öz instaqram profilində nalayiq sözlər yazıb şəklimizin altına. Ağrımayan başımıza dəsmal bağlayırlar. Məclisdə oturmuşduq, Nazəninin podüseri Pərviz söyüş söydü, Musa da onu vurdu. Sonra ara qarışdı, o, bunu, bu da onu vurdu. Mən də Musanı götürüb gəldim evə”.

Təranə Qumral bildirib ki, davada Musa Musayev burnundan xəsarət alıb:
“İstəsəm, bu dəqiqə təcili yardım çağıraram. Amma pislik etmək istəmirəm. İmkan vermirlər ki, rahat oturaq. Allah bunlara bildiyi kimi çəkdirsin. Nə istəyirlər bizdən? Musanın burnu partlayıb. Pərvizin xəsarətlərindən xəbərim yoxdur. Ümumiyyətlə, davaya qarışmadım, heç yaxın da durmadım. Hamı da gördü. Oturduğum yerdən tərpənmədim”.

Qeyd edək ki, təxminən bir saat əvvəl paytaxt restoranlarının birində müğənni Arzu Mələyin ad günündə Musa Musayevlə prodüser Pərviz arasında əlbəyaxa dava olub.

İntiqam VALEHOĞLU

***

Tanınmış müğənni Arzu Mələyin paytaxt restoranlarının birində ad günü mərasimi keçirilib.

Publika.az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, mərasim sonda xoşagəlməz hadisə ilə başa çatıb.

Belə ki, tanınmış müğənni Musa Musayevlə Nazəninin prodüseri Pərvizin sözü çəp gəlib. Nəticədə tərəflər yumruq davasına çıxıb. Bir-birini al-qana qərq edən müğənni və prodüseri zorla sakitləşdiriblər.

Davaya isə Nazəninin prodüserinin Musa Musayevi söyməsi səbəb olub.

Aldığımız məlumata görə, tərəflər arasında əvvəllər də ədavət olub. "İnstagram" səhifəsində Nazəninin prodüsseri Musa Musayevi təhqir edib.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR