Tabloid.az
"İrəvan xalçaları" rus və ingilis dillərində nəşr olunub
Bu günlərdə "Azər-İlmə"nin "Azərbaycan xalçaları bütün qrupları ilə" adlı layihəsinin davamı olaraq nəfis tərtibatlı "İrəvan xalçaları" broşürü rus və ingilis dillərində işıq üzü görüb.
Layihənin rəhbəri əməkdar incəsənət xadimi, professor Vidadi Muradovun sözlərinə görə, "Azər-İlmə"də Azərbaycan xalçalarının bütün qrupları üzrə tarixi-etnoqrafik, sənətşünaslıq tədqiqatları uğurla davam etdirilir. İndiyədək tədqiqatların nəticələri kitablar, bröşürlər, televiziya verilişləri, tele-filmlər, jurnallar vasitəsilə ictimaiyyətə çatdırılıb.
Yeni "İrəvan xalçaları" bröşürü oxucuları Qərbi Azərbaycan bölgəsinin tarixi, əhalisinin məşğuliyyəti, təsərrüfat sahələri, həmçinin bu torpaqların əzəli sakinləri olan Azərbaycan türklərinin əsas sənət sahələrindən biri olan xalçaçılığın ənənələri, burada toxunan xalçaların sənətkarlıq xüsusiyyətləri, onların Azərbaycanın digər xalça qruplarına aid nümunələrlə oxşar və fərqli cəhətləri ilə tanış edir.
Broşürə Qərbi Azərbaycan tarixinə dair müxtəsər məlumat, xəritələr, eyni zamanda XVIII əsrin II yarısı-XX əsrin I yarısına aid müxtəlif kompozisiyalı xovlu, kilim, zili kimi xovsuz xalçalar, xurcun, məfrəş, duzqabı, yəhərüstü kimi məişət əşyalarının fotoşəkilləri də əlavə edilib. Broşürün ingilis dilində olan variantı Nyu-Yorkun "Hudson Publishing" Nəşriyyat evində çap olunub.
Broşürün rus və ingilis dillərində işıq üzü görməsi Azərbaycan həqiqətlərinin dünyada təbliği işinə böyük töhfədir. Bröşürün xarici ölkə səfirliklərinə, dünya kitabxanalarına, universitetlərinə, muzeylərinə, nüfuzlu elmi tədqiqat mərkəzlərinə paylanması nəzərdə tutulur.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR