Ayandan təzə xəbər – FOTO
Bizi izləyin

Tabloid.az

Ayandan təzə xəbər – FOTO

Müğənni Ayan Babakişiyeva repertuarına yeni daxil olan, söz və musiqisi Tural Bayraməliyevə məxsus “Səndən sonra”nın elə ilk təqdimatından dərhal sonra hit olacağı proqnozunu verir.

Kompozisiya ilk dinləmədən sevildiyindən, Ayan nəzərdə tutduğu klipin çəkiliş vaxtını uzatmadan kamera qarşısına keçməyə hazırlaşır. Bu barədə Publika.az-a danışan müğənni hazırda çəkiliş üçün məkanlar seçir. Onun geyimi üzərində Şəlalə Maqsudova çalışır. Klipin rejissorluğunu “Qala” Media Qrupu - Ceyhun İbrahimoğlu və Vüsal Həsən, rəssam işini Azər İbrahimoğlu üzərinə götürüb.

Qrim-makiyaj isə yenə də stilist Səbinə İmanovaya həvalə edilib. Eyni rejissorla sayca dördüncü klipində çalışan Ayan xanım bu heyətlə artıq sözünü deyə bilib.

Tural Bayraməliyevin müəllif kimi bugünədək düzgün ifaçılar seçdiyini xüsusi vurğulayan Ayan Babakişiyeva bu sırada Aygün Kazımova, Brilyant Dadaşova, Aygün Bəylər, Sevil və Sevinc bacıları və başqalarının adını çəkdi.

Ayan xanımın mahnısının ardınca isə müəllifin xalq artisti Flora Kərimovanın ifasında yeni yaradıcılıq işi dinləyici auditoriyasına təqdim olunacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm