Günellə qardaşı Tunarın işbirliyi – VİDEO-FOTOLAR
Bizi izləyin

Tabloid.az

Günellə qardaşı Tunarın işbirliyi – VİDEO-FOTOLAR

Zeynalovlar nəslinin populyar bacı-qardaşı Azəri Günel və Tunar Rəhmanoğlu “Səndən insaf dilər yarın” duetlərinə çəkdirdikləri klipi ötən həftə tamaşaçılara təqdim ediblər.

Bu barədə Publika.az-ı Günelin Azərbaycan üzrə PR meneceri Şahin Cavadsoy məlumatlandırdı:

“Əslində, bu klip yay vaxtı çəkilmişdi, sadəcə, Günel və Tunar mahnının ab-havasına uyğun olaraq ekran işini payızda təqdim etməyi lazım bildilər.

Sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi Tunarın özünə məxsus olan mahnıya Türkiyənin tanınmış rejissoru Hasan Kuyucu quruluş verib.

Ağ-qara kadrlardan ibarət olan klipdə baş qəhrəman obrazlarını elə səbəbkarların özləri canlandırıblar.

Klip eksklüziv olaraq “Kral TV”-də yayımlandığı üçün “YouTube”-a yalnız noyabrın 16-da yerləşdirilib.

Əminik ki, peşəkar komandanın ərsəyə gətirdiyi “Səndən insan dilər yarın”ın klipi Günel və Tunarın Azərbaycandakı heyranları tərəfindən də rəğbətlə qarşılanacaq”.

Məlumat üçün bildirək ki, sözügedən mahnının ilk ifaçısı türk musiqisinin imperatoru, Azəri qızı kimi Güneli qardaş ölkədə tanıdan İbrahim Tatlısəsdir.


Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm