Yeni ilə “Madaqaskar”la – FOTO
Bizi izləyin

Tabloid.az

Yeni ilə “Madaqaskar”la – FOTO

Dövlət Gənc Tamaşaçılar Teatrında Yeni il tamaşasının yaradıcılıq işlərinə start verilib.

Teatrdan Publika.az-a verilən məlumata görə, hər il olduğu kimi, bu dəfə də kiçikyaşlı tamaşaçılarımızı maraqlı, əyləncəli, hədiyyə və sürprizli yeni il tamaşası gözləyir.

Əməkdar artist Nicat Kazımovun quruluşunda təqdim olunacaq “Madaqaskar” adlı Yeni il tamaşasında qəhrəmanlar ekrandan səhnəyə “gələcəklər”. Maraqlı rejissor yozumu və süjet xətti rəngarəng geyimlər, musiqi, səhnə tərtibatı ilə azyaşlı tamaşaçıların yeni il tətilinə əvəzolunmaz hədiyyə olacaq.

Tamaşada teatrın gənc aktyorları Nuriyyə Əliyeva, Mehriban Hüseynova, Roza İbadova, Anar Seyfullayev, Araz Pirimov, Müşfiq Əliyev, Ramil Məmmədov, Vahid Orucoğlu, Bəhram Həsənov, Zaur Əliyev və başqaları uşaqların sevimli obrazlarını canlandıracaqlar.

Sürprizlərlə zəngin əyləncəli bayram proqramı və yeni tamaşa dekabrın 25-dən 2015-ci il yanvarın 4-dək saat 12.00 və 14.00-da nümayiş etdiriləcək.

Bundan başqa, hər il olduğu kimi, şənlik iştirakçılarını Şaxta baba və Qar qız qarşılayıb, teatrın yeni il bayramı üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış yeni il proqramına dəvət edəcəklər. Maraqlı auksionlar, hədiyyəli oyunların ardınca balaca tamaşaçılar teatrın salonunda “Madaqaskar”ı izləyəcəklər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm