Bakıda türk tamaşası nümayiş olundu – FOTO
Bizi izləyin

Tabloid.az

Bakıda türk tamaşası nümayiş olundu – FOTO

Bakıda keçirilən Türkiyə Mədəniyyəti Günləri çərçivəsində “Nereye” adlı tamaşa nümayiş olunub.

Publika.az-ın məlumatına görə, Türkiyədən Azərbaycan gələn “Nereye” tamaşasının komandası Bakı izləyicilərinə unudulmaz gün yaşadıblar.

Azərbaycan Milli Dram Teatrında nümayiş olunan tamaşanı izləyənlər sırasında Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslan və səfirliyin digər diplomatları, ictimai şəxslər də olub.

Onu da bildirək ki, “Nereye” oyununun yazarı Hüseyn Alp Tahmaz, rejissoru isə Volkan Özgömeçdir.

“Nereye” tamaşası müharibədən, aclıqdan, savaşdan qaçan insanların hekayəsidir.

Məlumat üçün bildirək ki, Azərbaycanda keçirilən Türkiyə Kültür həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin təşkilatçılığı ilə keçirilir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm