Mətanətdən and-aman: “Heç vaxt bunu eləmərəm”
Bizi izləyin

Tabloid.az

Mətanətdən and-aman: “Heç vaxt bunu eləmərəm”

“Yerli rejissorları qoyub, heç vaxt Türkiyədə klip çəkdirmərəm”. Bu sözləri Publika.az-a əməkdar artist Mətanət İsgəndərli deyib.

Əməkdar artistin sözlərinə görə, Azərbaycandakı rejissorlar türklərdən də keyfiyyətli kliplər çəkməyə qadirdirlər: “Dəb düşüb, hamı qaçır Türkiyəyə. Mən elə pulumu yerli klipmeykerlərə verərəm də. Min dəfə türklərdən də gözəl və keyfiyyətli klip çəkirlər. Biri elə mənim çəkdirdiyim “Danışmayacağam” klipi. Əcnəbi rejissor belə səviyyəli klip çəkə bilərdi? Əlbəttə yox. Qurban olum özümünkülərə. Onu deyim ki, türklər baha qiymətə keyfiyyətsiz kliplər çəkirlər. Sadəcə, adı olur ki, Türkiyədə klip çəkdirdim”.

Mətanət İsgəndərli gələcəkdə də kliplərini yerli klipmeykerlərə çəkdirəcəyini dedi: ”Sonuncu klipimi çəkən rejissor Ceyhun Kərimov sıradan bir rejissor deyil. İctimai Televiziyada çalışır. Əgər zəif rejissor olsaydı, onu bu telekanalda işə görürərdilər? Əlbəttə yox”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm