Tabloid.az
Teleaparıcı Zemfira Adıgözəlovanı işdən çıxardıblar - AÇIQLAMA
Publika.Az xəbər verir ki, “Lider” televiziyasında yayımlanan “Qızıl pillə” verilişinin aparıcısı Zemfira Adıgözəlova işdən çıxarılıb. Hazırda həmin verilişin aparıcısı adıçəkilən telekanalda “Kəndimiz” verilişinin aparıcısı Zabir Əliyevdir.
Z.Əliyevin Publika.Az-a verdiyi məlumata görə, “Qızıl pillə”
verilişində tamamilə dəyişiklik olub:
""Qızıl Pillə" verilişi keçən həftədən etibarən yeni formatda, yeni
formada olacaq. Verilişin başlanğıcında da dəyişiklik olub.
Həftənin ən maraqlı xəbəri və 5 mövzu ilə bağlı tanınmış simalara
tapşırıqlar verilir. Onlar da həmin tapşırıqlara da riayət edirlər.
Bu həftənin tapşırıqları isə maraqlıdır. Müğənniləri 10 dəqiqə
ərzində 10 manatlıq bazarlıq etməyə göndərmişik. Kim daha çox
qiyməti aşağı salıb və daha çox bazarlıq etsə, o, birinci pillədə
olacaq. Həmin şəxsi isə studiyada əyləşən qonaq müəyyən edəcək.
Verilişin dekorasiyası da yenilənib. Əvvəlki kimi restoranları
gəzmirik, çəkilişlər studiyada aparılacaq. Verilişin də aparıcısı
təkcə özüməm".
Teleaparıcı “Kəndimiz”dən “Qızıl pillə”yə gəlməsini izah edərək,
Z.Adıgözəlovanın televiziyadan uzaqlaşdırılmasına aydınlıq
gətirdi:
“Mən “Kəndimiz” verilişinin aparıcısı idim. Rəhbərlik həmin
verilişi mənim simamda görmək istəmədi və onun göstərişi ilə
verilişdən ayrıldım. Çünki mən də kəndli siması yoxdur. Mən “dağ
oğlanı” deyildim. Amma veriliş “dağ oğlanı”na verildi. O, Rəşaddır.
Buna görə də məni “Kəndimiz”dən, “Qızıl pillə”yə göndərdilər. Əvvəl
verilişi Zemfira ilə birlikdə aparırdıq. Veriliş boyu aramızda
müəyyən problemlər yaranırdı. O, mənim danışığıma imkan vermirdi.
Fikirlərimə müdaxilə olurdu. Zemfira ilə aparıcı olandan verilişdə
heç bir yaradıcılığa aid heç nə yox idi. Mən də özümü susuz balıq
kimi hiss edirdim. Sonda da Zemfira hazırladığı planın qurbanı oldu
və işdən azad edildi”.
Fuad Mədətov
Publika.Az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR