Tabloid.az
Bakıda “Mosfilm” həftəsi keçiriləcək
Fevralın 20-dən 25-dək “28 Cinema”da “Mosfilm” həftəsi keçiriləcək. Film həftəsi “Mosfilm” kinostudiyasının yaradılmasının 90 illiyinə həsr olunacaq.
Məlumata görə, “Mosfilm”in istehsalı olan ekran əsərləri ilk
dəfə “28 Cinema”da böyük ekranda nümayiş etdiriləcək.
“Mosfilm” həftəsinin proqramına əsasən fevralın 20-də “28
Cinema”nın 3 nömrəli zalında mətbuat konfransı keçiriləcək.
Sonra isə kinoteatrın 5 nömrəli zalında “Mosfilm” kinostudiyasının
yaradılmasının 90 illiyinə həsr olunmuş film həftəsinin təntənəli
açılış mərasimi olacaq. Mərasimdə Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin və “Mosfilm” kinostudiyasının
nümayəndələri çıxış edəcəklər.
Həmin gün “Sevgi və göyərçinlər” (“Lyubov i qolubi”) filmi
göstəriləcək.
Kinosevərlərə həftə ərzində “Uğur centlmenləri” (“Centlmenı
udaçi”), “İvan Vasilyeviç peşəsini dəyişir” (“İvan Vasilyeviç
menyayet professiyu”), “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”
(“Kafkazskaya plennitsa, ili novıye prikluçeniya Şurika”), “Moskva
göz yaşlarına inanmır” (“Moskva slezam ne verit”), “Xidməti eşq
macərası” (“Slujebnıy roman”) və “Brilyant əl” (“Brilliantovaya
ruka”) filmləri nümayiş etdiriləcək.
Nümayişlər pulsuzdur və arzu edənlər biletləri kinoteatrın
kassalarından əldə edə bilərlər.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu