Faiq Ağayev qəzəbləndi: “Tüpürüm sizin insanlığınıza!” – FOTO+VİDEO
Bizi izləyin

Tabloid.az

Faiq Ağayev qəzəbləndi: “Tüpürüm sizin insanlığınıza!” – FOTO+VİDEO

Xalq artisti Faiq Ağayev “Koroğlu” metrostansiyasının yaxınlığındakı “İntihar körpüsü”ndə ötən gün baş verənlərə münasibət bildirib. Xalq artisti özünü körpüdən atmaq istəyən şəxsi “Tullan, baxaq” deyə təhrik edənləri sosial şəbəkədəki profilində status paylaşmaqla sərt şəkildə qınayıb:

“Tüpürüm sizin insanlığınıza!!! Adam təngə gəlib, intihar etmək fikrindədir. Aşağıdakı “tamaşaçılar” isə ona “Tullan!” qışqırırlar... Vəhşi heyvanlarda belə mərhəmət var. Bunlar isə... Allah kökünüzü kəssin!!!”.

Qeyd edək ki, intihara cəhdlərin artmasından sonra “Koroğlu” metrostansiyasının yaxınlığındakı asma körpü Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm