2014-cü ilin qalmaqalları – FOTOLAR
Bizi izləyin

Tabloid.az

2014-cü ilin qalmaqalları – FOTOLAR

Məşhur adam olmaq sizə asan iş kimi gəlməsin. Çünki onlar ayağını qapının kandarından kənara qoyan kimi qalmaqallı məqam axtaran paparazzi və jurnalistlərin hədəfinə çevrilirlər. Qalmaqal demişkən, 2014-cü il bir sıra səs-küylü xoşagəlməz hadisələrlə yadda qaldı. Publika.az son günlərini yaşamaqda olduğumuz ildə dünyada baş verən ən maraqlı və qalmaqallı hadisələrini təqdim edir.

Castin Biber

Biber artıq neçənci dəfədir ki, içkili vəziyyətdə avtomobil idarə edərək yol hərəkət qaydalarını pozub. İl ərzində o, bir neçə dəfə polis şöbəsinə düşməli olub. Bu insidentlər də hər dəfə dava-dalaşla bitib.

Bu ilin sentyabrında kanadalı ifaçı Biber və aktyor Orlando Blum kurort mərkəzlərinin birində az qala əlbəyaxa dava edəcəklərmiş. Davanın səbəbi isə aktyorun Biberin keçmiş sevgilisi Miranda haqqında nalayiq danışması olub. Bəziləri isə deyir ki, Miranda və Castin arasında yaşanan sevgi macərasını Orlando Blum həzm edə bilməyib və mübahisə düşüb.

Biberin qalmaqallı hekayələri sona çatmaq bilmir. O, yay aylarında qonşusunun evinə yumurta atdığı üçün mühakimə olunub. Bu hələ harasıdır? Bu ilin fevralında Biber atası və dostları ilə şəxsi təyyarəsinə minib. Onların “əməyi sayəsində” təyyarənin salonunu marixuana tüstüsü götürüb. Bu azmış kimi sərnişinlər hava nəzarətçisi ilə pis davrandıqlarından o, öz kabinəsinə çəkilərək qapını bağlayıb. Pilotlar isə marixuana təsirindən hava gəmisini oksigen maskası ilə sürməli olub.

Devid Bekhem

Dünyaşöhrətli futbolçu, oğlu Bruklin ilə bu ilin noyabrında avtomobilində qəza törədib. Bekhem artıq ilk dəfə deyil ki, avtomobilində qəza törədir.

Cennifer Lourens

Bu il aktrisanın geyim sarıdan bəxti gətirməyib. “Qızlı Qlobus” mükafatlandırma tədbirinə onun paltarı qayışla bərkidilmiş döşəküzünü xatırladıb. Cennifer keçən il olduğu kimi, bu il də “Oskar”ın təqdimetmə mərasimində yerə yıxılıb. Bu azmış kimi, 2014-cü ildə hakerlər aktrisanın internetdə intim şəkilləri yayılır.

Ancelina Coli

Coli film premyeralarının birində bərbad makiyajla fotokameralara tuş gəlib. O sanki un kisəsinin içinə girdikdən sonra tədbirə gəlib.

Altı uşaq anası, BMT-in xoşməramlı səfiri Colinin narkotikin təsiri altında olduğu fotoları da təşviş yaradıb. Bu ilin sentyabr ayında arıq, narkotik maddələrin təsirindən gözləri şişmiş Colinin fotoları internet dünyasını bir-birinə qatdı. Bu, əlbəttə ki, 90-cı illərdə çəkilmiş şəkillər idi.

Rene Zellveger

“Elle” Amerikan jurnalının tədbirinə gələn aktrisa Reneni, demək olar, heç kim tanımayıb. Onun xarici görkəmi tanınmaz hala düşüb. Asiya xalqları qrupuna daxil olan samilərin təmsilçisi olan Rene uğursuz əməliyyat nəticəsində avropalılara bənzəyib.

Conni Depp

Spirtli içki aktyor Conni Deppi pis vəziyyətdə qoyub. “Hollywood Film Awards” mükafatının təqdimetmə mərasimində içkili vəziyyətdə səhnəyə çıxan Depp mikrofon qarşısında söyüş söyüb.

Çarli Şin

Narkotiklər insanları pis vəziyyətə salır. Bir neçə ay bundan əvvəl Hollivud aktyoru Çarli Şin kokainin təsiri altında xəstəxanaların birində stomatoloqun üstünə bıçaqla hücum çəkib.

Maradonna

Məşhur futbolçu Maradonna aprel ayında sevgilisi Rosio Olivadan ayrılmağa qərar verib. Maradonnanın dediklərinə görə, o, evdə olmadığı vaxtlarda sevgilisi evdən qiymətli əşya və pul oğurlayıb. Maradonna və Oliva bu ilin fevralında nişanlanmışdılar. Tezliklə 53 yaşlı futbolçu, nişanlısını “Mançester Yunayted” futbol klubunun oyunçusu David de Hea ilə xəyanətdə günahlandırıb.

Vudi Allen

Vudi Allenin övladlığa götürdüyü Dilan Ferrou açıq şəkildə bildirib ki, atalığı onu 7 il müddətində mütəmadi zorlayırmış. Lakin dəli-sübutun kifayət qədər olmaması ucbatından rejissora qarşı iddia qaldırılmadı.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm