Türkiyəli müğənni: “2014-cü il mənə uğur gətirdi”- FOTO
Bizi izləyin

Tabloid.az

Türkiyəli müğənni: “2014-cü il mənə uğur gətirdi”- FOTO

Qısa müddətdə ərzində Azərbaycanda tanınan Türkiyənin tanınmış vokalçısı və opera müğənnisi Oya Ergün ölkəmizdəki fəaliyyətindən danışıb.

Publika.az-a açıqlamasında ifaçı bildirib ki, o, 2014-ci ildə Azərbaycanda ən böyük arzularından birini yerinə yetirib: “Mən artiq 3 il olar ki, Bakıdayam. 2014-ci il bitmək üzrədir. Sənətimlə bağlı bu il Azərbaycanda bir çox layihələr həyat keçirdim. Azərbaycanın dünyaşöhrətli sənətkarı Rəşid Behbudovun repertuarındakı mahnılardan ibarət albomum işıq üzü gördü. Bir çox konsertlərim oldu. Çox uğurlu bir il keçirdim. Bu uğurlu işlərdən biri də Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda keçirilən “Bakıda Türkiyə Caz festival”ı oldu”.

Oya Ergün 2014-cü ildə onun üçün yadda qalan konsertlərindən söz açıb: “Bu il mənim bir çox konsertlərim oldu. Amma ən yaddaqalanı dostum, Amsterdam Universitetində birgə təhsil aldığım Azərbaycanın dünyaca məşhur musiqiçi Cəmilə Cavadova ilə verdiyim konsert oldu”.

İfaçı yeni ildə görəcəyi işlərdən də danışıb: “Cəmilə Cavadova ilə yenidən Amerikada konsert vermək planımız var. 2015-ci ildə ölməz sənətkar Rəşid Behbudovun 100 illiyidir və mən onun repertuarındakı mahnılardan ibarət konsert proqramı ilə çıxış edəcəyəm. Bunun ardınca həmin konsert proqramını Hollandiyada təqdim etmək fikrim var. Sənətkar Rəşid Behbudovun repertuarındakı mahnılardan ibarət albomumu bütün Avropada tanıtmaq fikrim də var. 2015-ci ildə konsert layihələrimin ardınca yeni CD-nin hazırlıqlarına başlayacağam. Bir sözlə, yeni ildə sənət adına görəcəyim işlər çoxdur. Azərbaycan xalqını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edirəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm