Müsahibə filmi 20 saat ərzində 750 min dəfə yüklənildi
Bizi izləyin

Tabloid.az

Müsahibə filmi 20 saat ərzində 750 min dəfə yüklənildi

“Sony Pictures Entertainment”in müstəqil kinolar və YouTube, Google Play və XBox Video kimi online kanallardan Milad ərəfəsində nümayiş olunan filmi “The Interview”ın (Müsahibə) yalnız Amerikada təqdim olunması filmin internetdə yayılmasına əlbəttə mane olmadı.

Publika.az-ın məlumatına görə, dünya səviyyəsində böyük maraq görən film, pirat film bazarının da hiti oldu. “Sony”nin filmi nümayişə təqdim etdikdən qısa bir müddət sonra, The Interview torrent saytlarında beynəlxalq tamaşaçılara açıldı.

The Interview, 20 saat içərisində təxminən 750 min dəfə yüklənildi. Filmə o qədər sıx bir maraq var idi ki, qısa bir müddət əvvəl bağlanılan və qardaş saytı “IsoHunt”ın dəstəyi ilə yenidən həyata dönən piratebay kimi məşhur torrent saytları istifadəçiləri ana səhifələrindən və sosial media hesablarından filmə istiqamətləndirməyə başladılar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm