Tabloid.az
“Nabat”ın səsi Los-Ancelesdən gəldi
“Nabat” bədii filminin 26-cı “Palm Springs” beynəlxalq film festivalında (The 26th Annual Palm Springs International Film Festival) nümayişi baş tutub.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Publika.az-a
bildirilib ki, festivalın “AWARD BUZZ” proqramında yer alan filmin
təqdimatı Los-Anceles şəhərinin “Palm Springs Regal” kinoteatrında
keçirilib.
Bu, artıq 12 beynəlxalq film festivalında yer alan filmimizin
ABŞ-da ikinci nümayişidir.
Yanvarın 12-dək davam edəcək festivalda filmin növbəti nümayişi
yanvarın 6-da “Palm Canyon Theatre” kinoteatrında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında 2014-cü ildə istehsal olunan “Nabat” filminin
ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu
rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat,
quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı
prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində
baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov,
Fərhad İsrafilov və digərləri canlandırıblar.
Cəvahir
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR