Aşıq Samirədən təzə xəbər – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Aşıq Samirədən təzə xəbər – FOTOLAR

Aşıq Samirə ilə “Qala” qrupunun solisti, istedadlı bəstəkar-müğənni Ceyhun Əliyevin “Xoşbəxt oluram” adlı duetləri çox yaxın günlərdə tamaşaçılara kliplə birgə təqdim olunacaq. Bu barədə Publika.az-ı ekran işinə quruluş verən rejissor Delee məlumatlandırıb:

“Ceyhunla dostluğumuz uzun illərə söykənsə də, Samirə xanımla şəxsi tanışlığımız çəkiliş meydançasında baş tutdu”.

Hər ikisinin istəyi bu olub ki, sözləri idmançı Anar Süleymanov, musiqi Ceyhunun özünə məxsus olan mahnı vizual məhsul formasında sevənlərinə təqdim olunsun: ”Yəni “Xoşbəxt oluram” dueti internet saytlarında yerləşdirilməyib, heç radio dalğalarında da səslənmir. Onların mənə və komandamıza göstərdikləri etimadı doğrultmaq həqiqətən çox məsuliyyətli bir işdir. Klipdə Amerikada peşəkar stilistlərdən təhsil almış həmyerlimiz, vizajist Səbinə İsmayılovanın zəhmətini xüsusi vurğulamaq istəyirəm. Geyimlərin seçilməsindən tutmuş qrimədək hər şey ona həvalə olunub.

Çəkilişin ilk günü çox uğurlu alınıb

Samirə çəkilişləri gələn həftənin bazar ertəsi davam edəcək ekran işi ilə bağlı fikirlərini də Publika.az-la bölüşüb: “Mahnı o qədər pozitiv notlarla yazılıb ki, bunu hansısa sözlərə ifadə etməkdə çətinlik çəkirəm. Söz və musiqi bir-birini çox tamamlayır. İnşallah, eşidəndə çox oxucularınız mənimlə həmfikir olacaq. Tərif kimi çıxmasın, içimdən bir səs deyir ki, bu, real hitə namizəddir. Bütün sevib-sevənlər "Xoşbəxt oluram"da öz pak hisslərini tapacaqlar. Ceyhun və Anara bu gözəl mahnı üçün təşəkkür edirəm. Klipin ilk çəkiliş gününə gəlincə, yaradıcı heyət bütünlüklə gənclərdən ibarətdir. Özüm də daim yenilik etməyə səy göstərən gənclərdənəm. Odur ki, həm Deleenin, həm Səbinə xanımın, həm də ümumilikdə komandamızın işindən razı qaldım. Əlbəttə, yekun qərarı tamaşaçı verəcək. Çəkdiyimiz zəhmətin hədər getməyəcəyinə inanıram”.

Mahnının bəstəkarı, Samirənin ilk duet ortağı Ceyhun da açıqlama verib:

“Mən bu duetin ilk notlarını yazanda özlüyümdə qərar verdim ki, yalnız Aşıq Samirə ilə mahnı ifa edə bilərik. Demək ki, fikrimdə yanılmamışam. Samirə xanım mahnını dinləyəndə bəyəndiyini gizlətmədi və beləcə düşündüyüm duet ərsəyə gəldi. Təsadüfən öyrənmişəm ki, sən demə, Aşıq Samirə də Əliyev soyadını daşıyır. Amma biz heç uzaq qohum da deyilik. Sadəcə yaradıcı iş bizi bir araya gətirdi. Öz bəstəmdir deyə söyləmirəm, məncə bu mahnı çox qısa zamanda sevgi himninə çevriləcək. Fərqlilik olsun deyə aranjemanı Rəşad Hüseynova məxsus olan duetimizi kliplə eyni anda üzə çıxaracağıq”.

Fevralın sonlarında hazır olacaq klip ilk olaraq jurnalistlər üçün nümayiş olunacaq.

Mini-film kimi üzə çıxarılacaq vizual əsəri Samirə və Ceyhun media nümayəndələri müzakirə etmək niyyətindədirlər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm