• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Bozun əlli çaları” – film kitabdan yaxşı alınıb

“Bozun əlli çaları” – film kitabdan yaxşı alınıb

Əsasən qadın auditoriyası üçün nəzərdə tutulmuş “Bozun əlli çaları” (“Fifty Shades of Grey”) romantik-pornoqrafik ekran əsərinin əsasını təşkil edən kitabdan daha yaxşı alındığı bildirilir.

Publika.az-ın məlumatına görə, “Variety” məcmuəsi bu hadisəni “EL James-in romanının “əhəmiyyətli təkmilləşdirilməsi” adlandırıb. Məcmuə, filmi "tovuz lələyi taxmış Charlotte Bronte”yə bənzədib.

“The Guardian” bu rəylə razılaşır və yazır ki, “ekranlaşdırma mümkün olduğundan daha yaxşı yerinə yetirilib”.

Əsərin leytmotivini Dakota Johnson-un oynadığı tələbə Anastasia Steele və aktyor Jamie Dornan-ın yaratdığı milyarder Christian Grey arasındakı eşq macərası təşkil edir. İlkin rəylərdə “üç ulduz” qazanmış film haqqında “Variety”-nin yazarı deyir ki, “film pornoqrafiya ilə dolu günümüz və əsrimizdə yumşaq təxribat yarada biləcək qədər intriqalıdır”.

“The Guardian” qəzetinin kino tənqidçisi Jordan Hoffman Johnson-un yaratdığı “qaba, məsum, bakirə Anna (Anastasiya)” rolunun təbiiliyini xüsusilə vurğulayır.

Tənqidiçi yazır ki, Johnson-un Annası “müasir xalq mədəniyyətinə xas ən səfeh sevgi düyününün içərisindən inandırıcılığı çıxara bilib”.

“The Hollywood Reporter” məcmuəsindən Sheri Linden ertiraf edir ki, film bütün keyfiyyətlərinə görə kitabdan daha yaxşı alınıb.

Lakin tənqidçi seks səhnələrindən narazı qalıb: “Bu vulqar zərrələrdən ibarət çox ləng dinamikadır və təəssüf doğuran bir şəkildə həyəcansız alınıb”.

“New York Post”dan Sara Stewart yazır ki, “film kitabı ən zəif cəhətlərindən təmizləyib”.

“Bununla yanaşı, - yazır tənqidçi, - film əvvəldən necə düşünülübsə, eləcə də alınıb: xanımların baxması üçün münasib “R” reytinqli yumşaq pornoqrafiya”.

“Time Out” jurnalı isə bu qənaətdədir ki, kitab bütün hallarda filmdən daha güclüdür.

Məcmuə filmi “su ilə qatılmış adaptasitya” adlandırır və əlavə edir ki, burada EL James-in kitabındakı coşdurucu element kifayət qədər deyil, lakin təəcüblüdür ki, film bununla yanaşı yaxşı alınıb”.

“Screen Daily” dərgisindən Tim Grierson belə bir nəticəyə gəlir: “Filmi səmimi bir şəkildə bir az seksi, bir az səfeh, bir az da utancaq sevgi hekayəti kimi qəbul edin və siz kifayət qədər feyziyab olacaqsınız”.

Film Britaniya kinoteatrlarında fevralın 13-dən göstəriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR