İlhamə gizlinləri açdı: “Müğənni var toy aparır, məclisdən sonra bəy evinə yox, onunla otelə gedir” -QALMAQAL
Bizi izləyin

Tabloid.az

İlhamə gizlinləri açdı: “Müğənni var toy aparır, məclisdən sonra bəy evinə yox, onunla otelə gedir” -QALMAQAL

Xalq artisti İlhamə Quliyeva “ATV maqazin” verilişində qalmaqallı açıqlamaları ilə gündəmi alt-üst edib.

Publika.az-ın məlumatına görə, xalq artistibəzi sənətçilərə xəbərdarlıq edib:

“Bir müğənni var ki, dünyanın hər yerindən rəhmətə gedənlərin paltarlarını alıb geyinir. Onun-bunun çəkməsini geyinib, yerişini yeriyə bilməyənlərə sözümü deyirəm: hərənin öz yolu olsun. Elə şeylə özünüzü piar etməyin. Müğənni var toy aparır, məclisdən sonra bəy evinə yox, onunla otelə gedir. Sonra da görüşməyə başlayırlar. Biri də ki, zərgəri keçirib əlinə, pulunu, qızılını “sağır”. Dili də var danışmağa. Bir deyərlər, beş cavab verəcəm. Bunlar özlərini gör kimlə müqayisə edirlər? Güzgüyə baxın, görün nəyə oxşayırsınız? Botoksdan üz partlayır, çuğundur rəngindədir. Çıxırlar efirə özləri yaşlı ola-ola xalq artistlərinin yaşından danışırlar. Sən cavan qız uşağısan? Bakı balaca yerdir, hamı bir-birini yaxşı tanıyır. Heç kimə mənim xətrimə dəyməyə icazə vermirəm".

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm