Tabloid.az
İtalyan moda evinin möhtəşəm moda nümayişi - FOTOLAR
Dünən "Dolce & Gabbana" moda evi Milan moda həftəsi çərçivəsində yeni kolleksiyasını nümayiş etdirib.
Hamilə Biyanka Balti (italyan modelin anası azərbaycanlıdır) ikinci qızını dünyaya gətirmək ərəfəsində “Dolce & Gabbana”-nın yeni kolleksiyasının nümayişində podiuma çıxıb. “Dolce & Gabbana” italyan moda evi yeni kolleksiyasını analara həsr etmək qərarına gəlib.
Yer üzündəki hər kəs dünyaya gəlməsini anasına borcludur. Ananı sevmək və hörmət etmək istənilən ölkədə və mədəniyyətlərdə dəyişməz bir qanundur. Lakin günəşli İtaliyada ana sevgisi çox güclüdür. Elə buna görə də, moda evinin kreativ direktorları Domeniko Dolçe və Stefano Qabanna yeni kolleksiyalarını analara həsr edərək ana sevgisini təbliğ ediblər. Onlar sevgisini təkcə öz analarına deyil, dünyadakı bütün analara elan ediblər.
“Viva la Mamma! “ adlı kolleksiyasının nümayişində podiuma peşəkar modellərlə birlikdə onların uşaqları da çıxıblar.
Kolleksiyanın əsas rəmzini al qızılgüllər təşkil edir. Stefano Qabannanın sözlərinə görə, qızılgül qoxusu onun uşaqlıq xatirələri və qırmızı pomada ilə assosiasiya olunur.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu