• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Baharın əsas trendləri – FOTOLAR

Baharın əsas trendləri – FOTOLAR

Məşhur moda evlərinin dəfilələrinə nəzər salaraq, bahar aylarında nələrin dəbdə olacağını müəyyənləşdirmək elə də çətin deyil.

Publika.az-ın tabloid bölməsi sizin üçün mövsümün ən trend geyim və aksessuarlarını araşdırıb:

1.Festival stili

10 MADDEDE BAHAR TRENDLERİ

Festival stili deyəndə 70-ci illərin rok stili nəzərdə tutulur. “Joni Mitchell”, “Janis Joplin”, “Marianne Faithfull” bu trendin ilham pəriləri hesab oluna bilər. Bu il rok stilinin ən yaxşı nümunələrini “Tommy Hilfiger”, “Saint Laurent”, “Givenchy” brendlərində görmək mümkün oldu.

2.Hippi və bohem

10 MADDEDE BAHAR TRENDLERİ

70-ci illərdə hippi və bohem stili ən yaxşı günlərini yaşamışdı. 2015-ci ilin yeni kolleksiyalarında da bu iki stilə xüsusi diqqət ayrılıb.

Enlibalaq şalvarlar, ayaq biləyində bitən bol kəsimli şalvar və ətəklər “Dries Van Noten”, “Chloe”, “Etro”, “Gucci” markalarının yeni kolleksiyalarında yer alıb.

3. Çiçək naxışları

10 MADDEDE BAHAR TRENDLERİ

Bu mövsüm paltarlar irili-xırdalı, rəngarəng çiçəklər açacaqlar. “Dolce &Gabbana”, “Louis Vuitton”, “Celine”, “Max Mara” və “Valentino” markalarının dəfilələri çiçək bağçasını xatırladır. Bir sözlə, 7-dən 70-ə hər kəs bu il çiçəkli, şən əhvali-ruhiyyəli paltarlar almağa hazır olmalıdır.

4. Romantik detallar

10 MADDEDE BAHAR TRENDLERİ

“Pucci”, “Roberto Cavalli”, “Chloe” markalarının dəbə yenidən gətirdikəri maksi donlar romantik detallarla bəzədilib. Bu paltarlar baharın əhvali-ruhiyyəsinə uyğunlaşdırılıb.

5. Başdan-ayağa ağ

10 MADDEDE BAHAR TRENDLERİ

Bahar aylarında başdan-ayağa ağ rəngdə geyinmək də dəbdə olacaq. “Chanel”, “Louis Vuitton”, “Giorgio Armani”, “Tory Burch” kolleksiyalarında yer alan gipürlü, zərif detallarla diqqətçəkən ağ rəngli, qadına məsumluq bəxş edən geyimlər özünüzə olan güvəninizi daha da artıracaq.

6. Militari (hərbi stil)

10 MADDEDE BAHAR TRENDLERİ

Bu mövsüm military detallar və rənglər də dəbə minəcək.

7. Rəngarəng

10 MADDEDE BAHAR TRENDLERİ

Mart ayında ehtiyac duyduğumuz üst geyimlərdə isə rəngarənglik ön planda olacaq. Baharın və təbiətin rəngləri üst geyimlərdə öz əksini tapacaq.

8. Ortopedik səndəllər

10 MADDEDE BAHAR TRENDLERİ

Bu yaz “Marc Jacobs”ın dəfiləsində ortopedik səndəlləri gördük. Belə səndəllər dəbli görünərkən sağlamlığının da qayğısına qalan xanımlar üçün ideal variant ola bilər.

9. Dənizçi stili

10 MADDEDE BAHAR TRENDLERİ

Dənizçi stili bir neçə ildir ki, dəbdən düşmür. Bu il də yazın gəlməsilə birlikdə, dəniz, su mövzusu geri qayıdır. Qırmızı, göy və ağ rənglərin üstünlük təşkil etdiyi kombini sarı bir çantayla tamamlayaraq fərqli görünə bilərsiniz.

10. Hündürdaban səndəl

10 MADDEDE BAHAR TRENDLERİ

Səndəllərin rahatlığı ilə hündürdaban ayaqqabıların şıqlığını bir arada hiss etmək istəyənlər belə modellərə üstünlük verə bilərlər.

Xüsusilə, “Prada” brendinin hündürdaban səndəl modelləri diqqətəlayiqdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR