Azərbaycanlı aktrisanı bəyənmədilər
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı aktrisanı bəyənmədilər

Çanaqqala döyüşlərinin 100-cü ildönümü günü ekranlara çıxan, baş qadın rolunu Azərbaycan əsilli türkiyəli aktrisa Nəsrin Cavadzadənin oynadığı “Son məktub” filmi uğurlu vizual effektlərə baxmayaraq, kino tənqidçiləri tərəfdən o qədər də bəyənilməyib.

Axar.az xəbər verir ki, kino tənqidçiləri büdcəsinə, dəbdəbəli təyyarə, partlayış və döyüş səhnələrinə rəğmən, filmin zəif əhvalat üzərində qurulduğunu qeyd ediblər. “Hürriyyət” qəzetinin yazarı Uğur Vardan yenə də Çanaqqalaya layiq film çəkilə bilmədiyini deyib: “Hələ də bütünlüklə ürəyimə yatan, kinematoqrafik baxımdan problemin uğurlu həllini tapmış, hadisələrə sosioloji və tarixi perspektivdən baxan, dünyəvi mesajlar verən Çanaqqala filmi çəkə bilməmişik. “Müharibə dövründə sevgi” dünya kino tarixində çox işlənən, köhnəlmiş mövzudur. Lakin doğrudur, “Çanaqqala filmləri” baxımından bu mövzu əksik qalmışdı, amma “Son məktub” da döyüş ağırlıqlı romantizm arxasına düşdüyünə görə nə doğru-düzgün döyüş filmi olub, nə də təsirli eşq hekayəsinin öhdəsindən gələ bilib”. Qeyd edək ki, filmdə Atatürkün adının təkcə bir cümlə ilə (məktubda adı oxunur) keçməsi isə görünür hələ çox söz-söhbətlərə səbəb olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm