• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Günay: “2 ay efirə çıxmasan, unudulacaqsan”

Günay: “2 ay efirə çıxmasan, unudulacaqsan”

Bir sıra xalq artistləri tez-tez bir ifadə işlədir. “Əgər 2 ay efirə çıxmasalar, unudulacaqlar...” Yəqin, bu sözləri eşitməyən az adam tapılar.

Gənc və gündəmdə olan müğənni Günay İbrahimli bu deyilənləri təsdiqləyib. Publika.az xəbər verir ki, ATV kanalına açıqlama verən ifaçı televiziyaların tanınmış insanların həyatında oynadığı roldan danışıb.

“2-3 ay efirlərə çıxmasan, yaddan çıxırsan. Mən də bir ara efirlərə çıxmırdım. Anlaşılmazlıq olmuşdu. Şükürlər olsun, məsələni aydınlaşdırdıq. Mən heç bir kanala hörmətsizlik etmərəm. İlk dəfə səhnə aldığım kanal isə ATV olub. Bu səbəbdən kanal rəhbərliyinə minnətdarlığımı bildirirəm. Heç bir müğənni deyə bilməz ki, mən efirə çıxmıram. Tanınmış bütün simalar üçün efir vacibdir”.

Qeyd edək ki, Günay İbrahimli ilk dəfə səhnəyə 2007-ci ildə “Yeni ulduz” musiqi yarışmasında çıxıb.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR