Pikassonun oğurlanmış əsərləri mantyordan tapıldı
Bizi izləyin

Tabloid.az

Pikassonun oğurlanmış əsərləri mantyordan tapıldı

Məhkəmə ahıl yaşlarında olan montyoru oğurlanmış əşyaları saxlamaqda təqsirli bilərək ondan Pablo Pikassonun fırçasından çıxmış 200-dək sənət əsərini qaytarmağı tələb edib.

Publika.az xəbər verir ki, 75 yaşlı Pierre Le Guennec və onun arvadı Danielle əsərləri Fransanın Grasse şəhərindəki evlərində 40 ildən artıq saxladıqlarına görə iki il şərti həbs cəzası alıblar.

Montyor iddia edib ki, əsərləri ona Pikassonun özü, 1973-cü ildə, ölümündən az əvvəl verib.

Sənət əsərləri Picasso fonduna qaytarılmalıdır.

Bu kolleksiyaya hələlik qiymət qoyulmayıb, lakin Pikassonun sevgilisi Dora Maarın 1942-ci ildə çəkilmiş portreti ötən ilin may ayında 22, 6 milyon dollara satılıb.

Montyorun saxladığı sənət əsərlərinin arasında litoqrafiya nümunələrinin, portretlərin, sulu boya və karandaşla çəkilmiş eskizlərin olduğu söylənir.

“Pikasso mənə tam inanırdı, - Le Guennec məhkəmə dinləməsində deyib.

O deyib ki, Picassonun xanımı Jacqueline ona içərisində 271 iş olan qutunu özü verib.

Montyor sənət əsərlərini 2010-cu ilədək qarajında saxlayıb, lakin bundan sonra Pikassonun müəllifliyini təsdiq etdirmək üçün Parisə gətirib. Rəssamın varisləri də elə bu vaxt məhkəməyə müraciət ediblər.

Prokurorlar montyora və onun xanımına 5 il həbs cəzası istəmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm