• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qırışların qarşısını almaq üçün nə etməli?

Qırışların qarşısını almaq üçün nə etməli?

Bütün insanların dərisi yaşına görə fərqlənir. Lakin bütün dəri növlərinin hamısının bir ortaq ehtiyacı var: NƏM! Dərinin elastikliyini və canlılığını qoruyan nəmdir. "Körpə kimi" duru, aydın bir dəridə dünyaya gəlirik, ancaq çox təəssüf ki zamanla dərimiz tipini dəyişir. Dəri genetik faktor və xarici faktorlardan nəm itkisinə uğrayır.

Dərinin nəm qabiliyyəti körpəlik dövründə 100%-dir. Bu nisbət, 20 yaşda 33%-ə düşür və 25 yaşında hüceyrə yenilənməsi sonlanır. Bu məlumatları verdikdən sonra yaş qruplarına görə dəri qulluğunun və doğru nəmləndirici seçimi haqqında məlumat verək:

15-25 yaşlar arası

Kosmetik məhsullardan istifadə və dəriyə qulluq 15 yaşından başlamalıdır. Doğru kosmetik vasitələr, dəri funksiyalarını tənzimləyir və dərinin təzəliyini qoruyub saxlayır. Odur ki, kosmetik məhsullara fikir vermək lazımdır.

Dəri tipimizin meydana gəlməsi isə yetkinlik dövründə başlayır. Uşaqlıqdan gəncliyə keçid dövründə, fiziki yetkinliyi təmin edən hormonlar, yağ ifrazı daha çox yağın dərinin səthinə çıxarmasına səbəb olur və sızanaq problemləri yaranır. 20 yaşın ortalarına doğru, dərinin inkişaf müddəti tamamlanır. Dərinin yağ və nəm tarazlığı pozulur, yaşadığımız mühitə görə mimik xəttlər, qırışların meydana gəlməsinə zəmin yaranır. Xüsusilə bu yaşlarda yağ ifrazı çox olan dəridə sızanaq problemi yaşanır. Dəridə yaşanan yağlanmanı azaltmaq və sızanaqlı dərinin problemini aradan qaldırmaq üçün bəzən səhv kosmetik məhsullardan istifadə edilər. Beləliklə, dərinin nəm tarazlığı pozulur, üst dəri qalınlaşır, sərtləşir və təəssüf ki, dəridə çox erkən qırışlar meydana gəlməyə başlayır.

Bu yaşlarda dəri təmizliyi və qulluğu böyük əhəmiyyət daşıyır. Dərinin yağ və nəm tarazlığını qorumaq üçün bioloji kosmetik məhsullardan və bitki mənşəli nəmləndiricidən istifadə edilməlidir. Beləcə dərinin yağ və nəm tarazlığı qorunur, problem aradan qaldırılır. Dərinin elastiklik və möhkəmliyi təmin edilərək təzəliyi və gəncliyi qorunur.

30-40 yaşlar arası

30 yaş, ilk qırışların diqqətə çarpan dövrləridir. Əgər düz qulluq və nəmləndirici vasitə istifadə etmiriksə, qırışlar dərinləşməyə başlayar. 30 yaşın 50 yaşa görə üstünlüyü, dərinin qoruyucu funksiyalara sahib olmağıdır. Ona görə də nəmləndiricidən daim istifadə etmək lazımdır ki, dərinin gözəlliyini qorumuş olaq.

40 yaşında isə dərinin diriliyi itir, elastik itkisi başlayır, nəmi qorumaq gücü azalar və dəri mat görünər. Dərinin hüceyrə istehsalını yüksəldən sıx nəmləndiricilər dərinin gərginliyini və elastikliyini qüvvətləndirir, qırışların qarşısını alır.

45 və yuxarı yaşlar

Bu yaşlar, üzdəki xətlərin diqqətə çarpması, göz ətrafı, yanaq və ağız kənarındakı qırışların artdığı, boyun nahiyəsində qırışların çoxaldığı yaşlardır. Bu dövrlərdə yaşlılıq ləkələri görünür və dəri nazilməyə başlayır. Dərinin hüceyrə istehsalı azalır. Bu səbəbdən hüceyrə istehsalını artıran, daha sıx nəmləndirici, qidalandırıcı və qoruyucu məhsullardan istifadə etmək dərinin qorunmasını təmin edir. Bu yaşda dəriyə C və A vitamini mütləqdir. Xüsusilə, menopoz və sonrası üçün uyğundur.

Qeyd: Doğru nəmləndirici vasitələr dəriyə elastiklik və canlılıq qazandıraraq dərinin gənc görünməyini təmin edir.

Onu da qeyd edək ki, üz üçün ən lazımlı olan vitaminlər bunlardır: A, B, C, E (təbii şəkildə) vitaminlər.

A – üzü tez qocalmadan, qırışlardan qoruyur;

B – üz dərsinin təravətli olmasının qayğısına qalır, onu bəsləyir;

C - üzü ləkələrdən qoruyur;

E – üzün elastikliyini, nəmliyini, möhkəmliyini (sallanmamasını) qoruyur .

Bu vitaminlərin təbii şəkildə olduğu məhsullar isə aşağıdakılardır:

A – kök, balqabaq, ərik, badam yağı

B – küncüt, buğda, balqabaq tumu yağları

C – limon, portağal, çobanyastığı, itburnu, qara çörək otu yağları

E – qoz, fındıq, zeytun yağları

Bu yağlar soyuq sıxma üsulu ilə əldə edilir. Soyuq sıxma şəkilində alınan yağlar əksər vaxt qoxusuz olur.

Bu yağların hər hansı biri ilə üzdən makiyajı da silə bilərsiniz.

Təbii toniki isə aşağıdakı üsulla hazırlamaq olar:

- 3 ədəd limonun suyu

- 1 ədəd xiyarın suyu

- 1 ədəd portağalın suyu

- 2 x.q tibb spirti

- 1 x. q badam yağı

Bütün komponentlər bir-birinə qarışdırılır şüşə qaba tökülür, soyuducuda saxlanılır. Tonik 1 həftə ərzində istifadə edilə bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR