Yayın füsünkar pomada dəbi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Yayın füsünkar pomada dəbi - FOTOLAR

Tünd rənglərə əlvida deməyin vaxtı gəldi. Belə ki, yay aylarında mövsümə yaraşan əlvan və könül açan rənglərə üstünlük vermək lazımdır. Bu qaydaya təkcə geyimlərinizdə deyil, makiyajda da əməl edin. Evdən çıxarkən əlvan dodaq boyalarını çantanıza qoymağı

Tünd rənglərə əlvida deməyin vaxtı gəldi. Belə ki, yay aylarında mövsümə yaraşan əlvan və könül açan rənglərə üstünlük vermək lazımdır. Bu qaydaya təkcə geyimlərinizdə deyil, makiyajda da əməl edin. Evdən çıxarkən əlvan dodaq boyalarını çantanıza qoymağı unutmayın. Tabloid.az mövsümün ən gözəl pomada dəbini araşdırıb. Bu yayın 5 trend pomada rəngini seçib.

Qırmızının açıq tonları - Bu rəng yayın trend rənglərinə daxildir. Bu rəng yay ayları üçün ən münasib rəngdir. Həmçinin də solğun dəri rəngini açır. Sadəcə geyimin rəngi ilə uyğunluğunu nəzərə alın.

Açıq çəhrayı - Açıq çəhrayı yay mövsümünün əvəzolunmaz dodaq boyası rəngidir. Bu dodaq boyası ağbəniz xanımlara daha çox yaraşır.

Narıncı rəng - 2014-cü ilin dəbdə olan rəngidir. Böyük moda evlərinin dəfilələrində bu dodaq boyası olduqca diqqət çəkmişdi. Diqqət çəkən və enerjili rəng olduğu üçün yay mövsümünə çox yaraşır. Bu yay dodaqlarınızı narıncı pomada ilə vurğulayın.

Parıltılı qırmızı - Ölməz klassika... Qıpqırmızı dodaq boyaları kişilərin ən çox diqqətini çəkən rəngdir. Buna görə də gecə ziyafətlərində istifadə edilməsi daha məqsədə uyğundur. Dodaq quruluşunun bu rəngə icazə verib-vermədiyinə xüsusi olaraq diqqət yetirin.

Bej tonları - Bej tonlarını dodaqlarınızda səhərdən axşamacan daşıya bilərsiniz. Bu rənglərə məhdudiyyət yoxdur. Bej pomadalar göz makiyajının gözə çarpmasına kömək edir. Dodaq rənginə yaxın çalarlar olmasını da nəzərə alın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm