• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Seksual görünmək heç bir yaşda gec deyil - FOTOLAR

Seksual görünmək heç bir yaşda gec deyil - FOTOLAR

Heç nə sizi başdan ayağa bir modelyerdən geyinmək qədər yaşlı göstərə bilməz. Təpədən dırnağa bütün geyimlərini - çantanı, ayaqqabını, aksessuarı bir mağazadan almış qadın görsəniz, 60 yaşdan yuxarı olduğuna dair bəhsə girə bilərik. Məsələ ondadır ki, yaşlı qadınların mağazaları gəzməyə həvəsi olmur. Bu baxımdan alış-verişi bir mağazadan etməyə üstünlük verirlər. Qüsursuz görünsə də, ona qətiyyən gənc və modern demək olmaz. Pulunuzu ancaq bir modelyerə xərcləmək sizi yaşlı göstərməklə stilinizi də məhdudlaşdırır. Bu qonaq getdyiniz bir evin bütün mebellərinin və əşyalarının eyni mağazadan alınmasına bənzəyir. Əlbəttə ki, evi katolqadakı kimi dekorasiya etməkdə heç bir səhv yoxdur, lakin bu zaman stilinizə və öz fikrinizə yer verməmiş olursunuz. Dolayısı ilə geyimləriniz bahalı olsa da, üslub baxımından kasıb görünərsiniz. Fikrimcə, 30 yaşından sonra qadınlar geyimlərinə qarşı daha diqqətli olmalıdır.

30 yaşında qadınlar təkcə özünə möhtəşəm karyera, layiqli əminlik, əsəbilərinə qənaət edən faydalı vərdişlərə yiyələnmirlər. Eyni zamanda, kifayət qədər vaxt və pul qazanırlar. Bu yaşda düzgün geyim seçiminə gəldikdə, külək kimi dəyişən dəb tendensiyalarını, etibar etdiyiniz bədən quruluşunu və onun kiçik nöqsanlarını da nəzərə almaq lazımdır. 30 yaşdan sonra mağazadakı ən arzulanan əşyaları öz fərdiliyinizi, prinsip və rahatlğınızı qorumaqla üstünüzdə sınaqdan keçirə bilərsiniz.

Yaşlandıqca qadınlar nəinki bahalı paltarlar almağa can atır, eyni zamanda, öz qarderobu ilə daha məntiqli və bacarıqlı davranır. O dolab pisdir ki, orada bir qadına lazım olan əsas paltarları orada tapmaq mümkün olmasın.

Sizin yəqin ki, məşhur moda evlərinin internet mağazalarının hər mövsüm üçün təşkil etdiyi səxavətli güzəştlərindən xəbəriniz olur. Sonradan vicdan əzabından ölməmək üçün final hərracları zamanı sevimli moda evlərindən özünüzə alış-veriş etməyə icazə verə bilərsiniz.

Ağ rəng həmişə uğurlu alınmır, qara isə bizi hər zaman vəziyyətdən xilas edir. 20 yaşında parıltılı rənglərdən və orijinal modellərdən ötrü ürəyimiz gedir. 30 yaşında isə parçanın keyfiyyətinə və toxunuşuna fikir vermək lazım gəlir. Ağ və qara rəngin ciddi fərqi yoxdur. Sadəcə parçanın bizi daha yaxşı göstərməsini rəhbər tutmaq lazımdır. Çünki yaxşı parça həm cəlbedici görünür, həm də özünə əminlik hiss etdirir.

Алекса Чанг Алекса Чанг

Seksual görünmək heç bir yaşda gec deyil. Bunun üçün dəbə hücumunuzu da bağışlamaq olar. Lakin yuxarıda deyildiyi kimi bədən quruluşunuzun sizə nəyi icazə verib-vermədiyini nəzərə almalısınız.

Кейт Босуорт Шерил Коул

Zinət əşyaları və aksessuarlar sizin üslubunuzu nəzakətli və dəqiq şəkildə əks etdirir. Qadınlar yaşlandıqca daha dəyərli, simvolik xırda bəzək əşyalarına üstünlük verirlər. Halbuki, ipək örpəklər, uzun və sallantılı sırğalar sizin gözəlliyinizi daha məharətlə vurğulayır.

Stilinizi yaradın!

Heç kimin ağlına gəlməyən modern və şıq geyim nümunələri seçərək özünəməxsus dəsti-xəttinizi yaradın və fərdliyinizi nümayiş etdirin.

Dəst geyimləri ağlınızdan çıxarın. Başdan ayağa bir-biri ilə uyğun olan geyimlər almaqdan vaz keçin. Bunun əvəzinə bu gün dəbdə olan bir neçə detal alın. Rənglərini və tərzini nəzərə alaraq qarderobunuzdakı digər geyimlərlə kombinasiya edin.

Geyimləri rənglərinə görə seçin

Dolabınızdakı geyimləri bir-birindən rahatlıqla ayıra bilmək üçün rənglərinə görə düzün. Mağazada satılan geyimləri yadınıza salın. Oradakı kimi eyni rəngli geyimləri səliqəli ilə qarderobunuza yığın.

Uzun jiletlər pencəyi əvəzləyir!

Bu dəyişik, hər kəsin geyinməyə cəsarət edə bilmədiyini tərzdir. Özünə inanan və tərzli görünmək istəyən qadın uzun jiletin pencəyi əvəz etdiyini və hər dolabda olması gərəkdiyini bilməlidir.

Şıq görünmək üçün çox dəridən-qabıqdan çıxmayın. Çünki daha yaşlı görünməkdən başqa heç nə əldə etməyəcəksiniz.

Köhnə qaydalardan xilas olun və yenilərinə alışın!

Yeni dəb qaydalarını öyrənməzdən əvvəl köhnə klişeləri hafizənizdən silin. “Ayaqqabılarınızı çanta ilə uyğunlaşdırın” kimi köhnə qaydaları unudun getsin. Köhnə qaydaları silmək çətin olsa da, yeniliyi öyrənmək lazımdır. Bəlkə də dolabınızda kəşf etmədiyiniz nə qədər geyim var. Köhnə dəb geri gəldikcə onlardan faydalanmaq şansınız artır. Həm də lazımsız yerə pul xərcləməyəcəksiniz. Yeni qaydaları təqib etdiyiniz müddətdə daha az geyim alıb, qarderobdakı geyimləri daha çox geyinmiş olacaqsınız. Modelyerlər uzun müddətdir ki, “Artıq heç bir qayda yoxdur” deyə bar-bağırır. Əslində, bunu deyərkən dürüst olmurlar. Köhnə qaydalar gedir, onların yerini yeniləri tutur.

Köhnə qaydalar:

Çanta həmişə ayaqqabı ilə uyğun olmalıdır.

Qışda ağ geyinmək olmaz.

Qara rəngli geyimi göy rənglə uyğunlaşdırmaq olmaz.

Qaranın müxtəlif tonlarını bir yerdə istifadə etməyin.

Bir geyimdə iki ayrı-ayrı modelləri istifadə etməyin.

Metal detallar ancaq gecə üçün nəzərdə tutulub.

Günlədik geyimlərdə zərgərlik əşyaları taxmayın.

Cinslər ancaq gündəlik üçün nəzərdə tutulub.

Yeni qaydalar:

Dəst geyim sizi yaşlı göstərir.

Qışda da açıq rənglərə müraciət etməklə çox zərif görünə bilərsiniz.

Qaranı göy və qəhvəyi rənglərlə qarışdıra bilərsiniz.

Tonlarından asılı olmayaraq, qaranı qara rənglə uyğunlaşdırıb geyinə bilərsiniz.

Metal detallar gündəlik üçün də olduqca əlverişlidir. Bu artıq yenilik və təbiilik sayılır.

Ayaqqabılar dəri rəngi ilə eyni ola bilər.

Cinsləri gecə dəvətlərində geyinmək olar. Hətta son dərəcə çəkici görünür.

Gündəlik geyimlərlə də artıq qızıl, gümüş işlədib sadə və zərif görünə bilərsiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR