Sağlamlığın ən yaxşı dostu: tərxun
Bizi izləyin

Tabloid.az

Sağlamlığın ən yaxşı dostu: tərxun

Tərxun insan orqanizmi üçün vacib olan vitaminlərlə zəngindir

Yaz mövsümündə ən çox istifadə edilən bitkilərdən biri də tərxundur. İsti hava yağlı və ağır yeməklərdən imtina etməyimizə səbəb olur. Sağlamlığı qorumaq üçün həftədə iki dəfə şam yeməyində təkcə tərxun, pendir və bir dilim qara çörək yeyin. Faydalarını görəcəksiniz.

Tərxun insan orqanizmi üçün vacib olan vitamin və maddələrlə zəngindir.

Tərxun həzm prosesini yaxşılaşdırır. Yağlı və ağır yeməklər yeyən zaman tərxundan istifadə etməklə həzm prosesini asanlaşdırmaq olar. Çünki bu bitki mədənin fəaliyyətini gücləndirir.

Ağız boşluğunda və damaqda iltihab zamanı, həmçinin diş və baş ağrısı zamanı tərxundan istifadə etmək məsləhətdir.

Bu bitki qanı təmizləyir, həmçinin sidikqovucu xassəyə malikdir. Müntəzəm olaraq tərxundan istifadə etməklə bədəndəki duzları xaric etmək olar.

Tərxun bitkisi sinir sisteminə müsbət təsir göstərir, əsəb gərginliyini aradan qaldırır, zehni yorğunluğu götürür.

Oynaqlarda, xüsusilə, diz qapağındakı ağrıları aradan götürür. Tərxun həm də oynaqlardakı kirəçləşmənin qarşısını alır.

Problemlərin həlli üçün bu reseptləri tətbiq edin!

Dəri qızartıları, irinləmə kimi problemləri aradan qaldırmaq üçün tərxun faydalıdır. Bunun üçün 20 qram tərxun qurusunu əzmək və yüz qram kərə yağı ilə qarışdırmaq, alınmış qarışımı 7 dəqiqə zəif odun üstündə qarışdıra-qarışdıra bişirmək lazımdır. Sonra onu şüşə qaba boşaldaraq soyuducuda saxlayın. Soyudulmuş kremi dərinizin problemli hissəsinə pambıqla çəkin.

Əsəb və gərginliyini aradan qaldırmaq istəyənlər bir xörək qaşığı tərxun yarpağını bir stəkan qaynar suda dəmləyib içməlidirlər. Dəmlənmiş məhlulu bir saat saxladıqdan sonra soyudub gündə üç dəfə 100 qram qəbul etməlisiniz.

Yuxusuzluqdan şikayət edənlər isə bir xörək qaşığı tərxun yarpağını bir stəkan suda 5 dəqiqə qaynatmalı, sonra isə onu bir saat dəmdə saxlamalıdırlar. Alınmış məhlul soyuduqdan sonra dəsmalı həmin məhlulla isladıb alına kompres qoymaq lazımdır.

Tərxunun suyu kosmetik vasitə kimi istifadə olunur. Onu üzə cəkməklə qırışların qarşısını almaq olar. Bu bitkinin suyu üz dərisini təravətləndirir.

Qeyd edək ki, tərxun çox faydalı bitki olsa da hamilə qadınlara ondan istifadə etmək məsləhət görülmür.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm