Tabloid.az
Dünya şöhrətli müğənni Alessandro Safinanın Bakıda konserti olub
Fevralın 21-də İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi, tenor Alessandro Safina Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edib.
Məşhur ifaçını Belarus Respublikası Prezident Orkestrinin bədii
rəhbəri Viktor Babarıkinin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
A.Safina çıxışında bildirib: "Təşəkkür edirəm! Çox təəssüf ki,
sizin gözəl dilinizdə danışmıram. Buna görə də ingilis dilində bir
neçə kəlmə... Məni bu gözəl ölkənizə dəvət etdiyinizə görə sadəcə
"çox sağ olun!" demək istəyirəm. Sizin paytaxtınız çox gözəldir. Və
mən bütün bacarığımı göstərməyə çalışıram. Ümid edirəm ki, mən
Azərbaycanda sonuncu dəfə olmayacam".
A.Safina iki saatlıq konsert proqramında azərbaycanlı
pərəstişkarlarına "Incanto", "Memories", "Luna", "Besame Mucho",
"La Nave Va", "Al Di La" və digər məşhur mahnılarını təqdim edib.
Dünya şöhrətli tenorun konserti tamaşaçıların sürəkli alqışları ilə
başa çatıb.
Özünəməxsus səsi və ifa tərzi ilə seçilən, mahnıları və musiqi
albomları şöhrət qazanan italiyalı tenor A.Safina 1963-cü il
oktyabrın 14-də Siena şəhərində anadan olub. Erkən yaşlarından
musiqini öyrənməyə başlayan A.Safina 17 yaşında Florensiyada
konservatoriyaya daxil olub və Avropanın müxtəlif ölkələrində
məşhur operalarda əsas partiyaları ifa etməyə başlayıb.
1989-cu ildə o, ilk dəfə Mantova şəhərində "Concorso Lirico
Internazionale" müsabiqəsində mükafat qazanıb və bu, ifaçının
parlaq karyerasının başlanğıcı olub.
Müğənni dünyanın ən məşhur konsert salonlarında - Mantovadakı
"Teatro Bibiena"da, Londondakı "Barbican Hall"-da və digərlərində
çıxış edib. Alessandro Safinanın opera yaradıcılığı ilə yanaşı,
Sara Braytman, Elton Con, Xose Karreras və digər məşhurlarla birgə
çıxışları da şöhrət qazanıb.
A.Safina klassik və populyar musiqi janrlarını birləşdirməklə
sənətdə "opera roku" adlandırılan yeni üslub yaradıb.
O, 1999-cu ildə özündə opera, soul və müzikl elementlərini
cəmləşdirən "Insieme a Te" albomunu buraxdırıb. "Luna" sinqlının
yer aldığı diski isə dünyada milyonların qəlbini fəth edib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR