• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dünyanın ən məşhur kök gözəlləri – Fotolar

Dünyanın ən məşhur kök gözəlləri – Fotolar

Ulduzlar öz məşhurluğunu qorumaq üçün xarici görkəminə fikir verməli, hər zaman ideal formada olmalıdır. Bu isə qəlibləşmiş gözəllik etalonlarının formalaşmasına gətirib çıxarır. Bəs məşhur olmaq üçün mütləq gözəl olmaq lazımdır?

Şou dünyasının bəzi nümayəndələri bu stereotipləri dağıdıblar. Tabloid.az dünyanın ən məşhur kök gözəllərinin fotolarını toplayıb.

Adel

Adele möhtəşəm eşq mahnılarının mükəmməl ifaçısıdır. Adele “19” adlı albomu ilə musiqi sektoruna daxil olmuşdu. İfaçının ulduzu isə “Somenone Like You” və "Rolling in the Deep" adlı mahnıları sayəsində parladı. Musiqi sektorunda seksual və diqqət çəkici səs sahibi kimi tanınır və beləcə milyonların sevgisini qazanır.

adele1

Keyt Apton

Keyt Apton qısa müddət ərzində bacarıqlı ulduza çevrilə bilib. Bədəni ideal ölçülərə cavab verməsə də, moda dünyasının ən sevilən modeli olur. Məşhur brendlərin siması olur və milyonlar qazanır.

katevogu1

Meray Keri

90-cı illərdən bu yana musiqi sektorunda parlayan və taxtını hələ də heç kimə verməyən ifaçıdır. Onun səsinə heyran olmayan biri çətin ki, tapılsın. Allah vergisi olan səsi ilə dünyanı özünə valeh edə bilir.

mariahcareus1

Melissa Makkartni

Amerikalı aktrisa və komediya ustası Melissa oynadığı rolları ilə kino sahəsində tanınır. Hollivudun ən cazibədar qadınlarından fərqli olaraq daha dolu bədənlidir. Buna baxmayaraq, onun çəkisi istedadını kölgədə qoymur.

melisamccartney1

Oprah Vinfrey

Oprah Vinfrey ABŞ-ın ən bacarıqlı qadınlarından biridir. ABŞ televiziya tarixində ən çox izlənən "talk şou" proqramının aparıcısıdır. Maykl Ceksondan sonra ilk qara dərili milyarder olub.

oprahwin1

Kristina Hendrik

Kristina Hendrik 2010-cu ildə “Esquire” jurnalı tərəfindən “Dünyanın ən seksual qadını” seçilib. “Mad Men” adlı serialdakı bacarığı ilə dillərdən düşmür. Dolu bədənli olsa da, seksual qadın statusuna sahib olmağı bacaran nadir isimlərdən biridir.

christinahenric1

Xəbər lenti

DAHA ÇOX XƏBƏR