Gülayın əri yol polisi ilə dava etməsindən danışdı
Bizi izləyin

Tabloid.az

Gülayın əri yol polisi ilə dava etməsindən danışdı

Tanınmış məşqçi Kamil Zeynalov yol polisi tərəfindən saxlanılıb.

Tanınmış məşqçi Kamil Zeynalov yol polisi tərəfindən saxlanılıb.

Tabloid.az Publika.az–a istinadən xəbər verir ki, hazirda idmançı Bakı Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasındadır.

Onun saxlanmasına səbəb yol polisi ilə mübahisə edərək ona əl qaldırması olub. Məlumata görə, şəhərin mərkəzi küçələrinin birində yol polisi onun “Hummer” markalı avtomobilini saxlayıb. K.Zeynalov avtomobildən düşərək polisə əl qaldırıb və bir də onun avtomobilini saxlamamağı tapşırıb.

Beləliklə, Kamil Zeynalovla polis arasında yaşanan insident nəticəsində saxlanılıb.

Kamil Zeynalov Tabloid.az-a açıqlamasında xəbərin yalan olduğunu deyib:

“Kobudluq çıxmsın, mən hələ elə harınlamamışam ki, dövlət işçisinə, polisə əl qaldırım. Hazırda ailəmlə birlikdə Qaxda istirahət edirəm. Sabah isə Bakıda olacağam”.

Xatırladaq ki, tanınmış idmançı Kamil Zeynalov müğənni Gülay Zeynalovanın həyat yoldaşıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm