• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Mövsümün ən dəbli eynəkləri - Fotolar

Mövsümün ən dəbli eynəkləri - Fotolar

Aynalı eynəklər 2014-cü ilin də ən trend yay aksessuarıdır. Keçən ildən bəri dəbə minən aynalı eynəklər 2014-ün yay aylarında da gündəmə gəlib.

Aynalı eynəklər məşhurluğunun zirvəsini 80-cı illərdə yaşayıb. Bu yay həmin məşhurluğunu geri qaytaracağına bənzəyir. 1930-cu illərdə "Ray-Ban" markası tərəfindən istehsal edilən aynalı günəş eynəkləri, ilk dəfə pilotları günəş şüasından qorumaq üçün düzəldilmişdi. Pilotların rahatlığını təmin etmək məqsədilə düzəldilən aynalı eynəkləri gözləri göstərmədiyi üçün sonralar polislər də taxmağa başlayır. Aynalı eynəklər bu mövsüm dəbdə olduğu üçün bir çox markalar yeni kolleksiyalarında bu modellərə yer veriblər. Başda "Ray Ban" olmaqla, "Carrea", "Oakley", "Chloe" və daha bir çox marka aynalı günəş eynəkləri ilə dəb gündəminı daxil olub. Klassik pilot eynəkləri daha aktual olsa da, hər modelin aynalı formasını tapmaq olar.

Aynalı eynəklər insansa sirli bir cazibə bəxş edir. Sirli cazibədən əlavə, özünə əminlik yaradır. Gözləri göstərmədiyi üçün yorğun günlərin xilaskar aksessuarlarındandır.

Bu il istənilən rəngdə aynalı eynək tapmaq mümkündür. Dəb ustaları əsasən, mavi rəngin daha mükəmməl göründüyünü iddia edir. Lakin mavi rəngi xoşlamırsınızsa, dərd etməyin. Çünki rəng seçimi çoxdur. Gümüşü, qızılı, çəhrayı, sarı və yaşıl rəngləri seçmək şansınız var. Tabloid.az mövsümün bir neçə aynalı eynək modellərini seçib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR