Hansı gözələ 150 min dollarlıq tac veriləcək? - Foto
Bizi izləyin

Tabloid.az

Hansı gözələ 150 min dollarlıq tac veriləcək? - Foto

“Miss Globe İnternational” gözəllik müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib.

“Miss Globe İnternational” gözəllik müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib.

Tabloid.az xəbər verir ki, “Baku Crystal Hall”un mətbuat zalında keçirilən tədbirdə əvvəlcə şəhid olan əsgərlərin ruhu yad edilib.

Daha sonra müsabiqənin direktoru Savaş Ağca və Azərbaycan üzrə rəsmi tərəfdaş olan “Z Company 2007” şirkətinin rəhbəri Zamiq Əlioğlu çıxış edərək yarışmadan bəhs ediblər.

Təşkilatçılar bildiriblər ki, 120 ölkənin gözəli avqustun 27-də Bakıya gələcək. Eyni zamanda, xarici ölkələrdən qonaqlar da dəvət edilib. Yarışma 120 ölkənin 58 kanalında - Azərbaycan, türk, ingilis dilində canlı olaraq yayımlanacaq. Gecədə - Demet Akalın, Asena, Gökhan Özen, İnna, Lolita, Gürkan Uyqun kimi məşhurlar çıxış edəcəklər.

Aparıcı isə Burcu Əsmərsoy olacaq. Türkiyənin “Kanal D, “Star magazin”, “Show TV magazin”, “TV8 Magazin” verilişlərinin çəkiliş qrupu da paytaxta gələcək.

Ölkəmizi dünya gözəllik yarışmasında 18 yaşlı Banu Sücai təmsil edəcək. Banu Türkiyədə peşəkarlardan dərslər alıb.

Qalibi seçmək üçün hər bir jüriyə İpad paylanılacaq və bununla onlar bəyəndiyi gözələ səs verə biləcəklər. Müsabiqənin direktorunun sözlərinə görə, səsvermədə tamaşaçıların da iştirak etməsi planlaşdırılır.

Qalibə İstanbul və ya Bodrumda mənzil və layihənin sponsorlarından müxtəlif hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, “Miss Globe International”a təqdim olunacaq tacın dəyəri 150 min dollardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm