Sızanaqların gözəlliyinizə kölgə salmasına icazə verməyin!
Bizi izləyin

Tabloid.az

Sızanaqların gözəlliyinizə kölgə salmasına icazə verməyin!

Sızanaqlara vida etmək istəyirsinizsə, bu 5 qaydanı yadda saxlayın

Üzdəki sızanaqlar yağlı dəri tiplərində daha çox müşahidə olunur. Bəzi qidaların sızanaqların çoxalmasına səbəb olduğunu biliirk. Ancaq qadınların çoxu bilmir ki, sıznaqların ən böyük səbəblərindən biri də istifadə etdiyimiz kosmetik vasitələrdir.

Sızanaqlara vida etmək istəyirsinizsə, bu 5 qaydanı yadda saxlayın:

Pudradan istifadə etməyin

Xanımlar xüsusilə də yay aylarında pudradan çox istifadə edirlər. Xəfif olması və üzdəki yağlılığı gizləməsi onu ən sevilən kosmetik vasitələrdən birinə çevirib.

Ancaq pudra üzdəki məsamələrin içərisinə dolaraq qara nöqtə və sızanaqların əmələ gəlməsinə şərait yaradır.

Əgər üzünüzdəki yağlanma sizi çox narahat edirsə, bunun üçün xüsusi salfetlər satılır. Gündə iki dəfə həmin salfetlə üzü təmizləyə bilərsiniz.

Üzərində “Non-comedogenic” yazılan kosmetik vasitələrdən istifadə edin

Çünki bu məhsullar məsamələrə dolmur və üzün yağlanmasına səbəb olmur.

İsitifadə etdiyiniz kosmetik vasitələrin tərkibi üz gözəlliyi üçün çox önəmlidir. Sizə ən uyğun olanını tapmalısınız.

Tərkibində salisil turşusu olan korrektorlardan istifadə edin

Dəridəki qızartıları korrektorla gizləyirsinizsə, tərkibində salisil turşusu maddəsi olan vasitələrin daha təsirli olduğunu unutmayın. Çünki bu korrektorlar üzdəki qızartıları gizləməklə yanaşı, qızartıların 1-2 günə sağalmasına da kömək edir.

Yatmadan öncə mütləq makiyajınızı təmizləyin

Makiyajla, hətta üzünüzdə təkcə günəşdən qoruyucu krem belə olsa belə onu təmizləmədən yatmaq, məsamələrin nəfəs almasına maneə olur.

Bu da öz növbəsində qara nöqtə və sıznaqların çoxalmasına gətirib çıxarır.

Ona görə də hər gecə mütləq dəri tipinizə uyğun makiyaj təmizləyici vasitə ilə üzünüzü təmizləyin. Daha sonra üzünüzü soyuq su ilə yuyun.

Suya davamlı tonal kremlərdən istifadə etməyin

Dəridə uzun müddət qalan, suya davamlı tonal kremləri təmizləmək üçün ən az iki dəfə yumaq və ya silmək lazımdır.

Bu tip tonal kremlər dəri üçün çox ziyanlıdır. Çünki sızanaq üçün əlverişli şərait yaradaraq dəri problemlərinə səbəb olur. Xüsusi gecələr istisna olmaqla suya davamlı məhsullardan istifadə etməməyiniz məsləhətdir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm