Ayaq barmaqlarını gözəl göstərməyin yolları
Bizi izləyin

Tabloid.az

Ayaq barmaqlarını gözəl göstərməyin yolları

Ayaq barmaqlarını gözəl göstərməyin yolları

Ayaq dırnaqlarının təmizlənməsi, cilalandırılması və ayaqlardakı döyənəklərin kəsilməsinə pedikür deyilir. Pedikürü xanımlar çox zaman salonlarda etməyə üstünlük versə, onu ev şəraitində də etmək mümkündür. Bədənin bütün yükünü çəkən ayaqlara laqeyd yanaşmaq olmaz. Ayaq baxımında ilk olaraq yorğunluğu aradan qaldıran proseduraları etmək, daha sonra pediküra başlamaq olar.

Tabloid.az öz pedikürünü özü etmək istəyən xanımlar üçün bir neçə məsləhət təqdim edir:

1. İlk olaraq bütün günü corabda saxladığınız ayaqların isti süd vannasına ehtiyacı var. Südə bir neçə damcı zeytun yağı əlavə edin, vannada ayaqlarınızı 15-20 dəqiqə saxlayın. Südün tərkibindəki turşu sərtləşmiş ölü dərilərdən xilas olmağa, zeytun yağı isə dərini nəmləndirməyə kömək edir.

2. Duşa girməzdən əvvəl ən yaxşı peilinq kreminizi ayaqlara sürtün və masaj edin.

3. Hər axşam yatmazdan əvvəl ayaqlara ayaq kremi çəkin. Əgər ayaqlarınızın daha yumşaq olmasını istəyirsinizsə kremi çəkdikdən sonra pambıq corab geyinib yata bilərsiniz.

4. Apteklərdə və ya kosmetika mağazalarında dırnaq əti üçün yağ satılır. Gündəlik baxımda dırnaq və dırnaq ətinə baxımı üçün bu yağlardan istifadə etməyiniz məsləhətdir.

5. Lakın dırnaqlarınızda uzun müddət qalmağını istəyirsinizsə, lak qoruyucu yağlardan istifadə edə bilərsiniz.

6. Son olaraq açıq ayaqqabılarınızı hansı rəng lak ilə kombinasiya edib geyinmək qalır .

Döyənək: Ayaqları içərisində şampun olan 2 litrlik ilıq suda 10 dəqiqə saxlayın. Ayaq dərisini yumşaltmaq üçün sudan çıxardığınız ayaqlarınıza bitki mənşəli yağlarla və ya kremlərlə masaj edin. Daha sonra daban daşı ilə ayaqlarınızı ovun. Ayaqlarınızı görə biləcəyiniz şəkildə yastığın üzərinə qoyun. Döyənəyin üzərinə vazelin sürtün. Döyənəyi pambıqlı məxmər bir parça ilə sarıyın. Hər duşdan sonra parçanı dəyişdirərək, 1 həftə boyunca bu şəkildə bağlayın. Döyənək yenilənsə eyni əməliyyata davam edin, əgər ağrı davam edirsə mütləq bir həkimə müraciət edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm