Prezident xanımlarının dəb yarışı - Fotolar
Bizi izləyin

Tabloid.az

Prezident xanımlarının dəb yarışı - Fotolar

Dünyada ən çox müzakirə olunan mövzulardan biri də prezident xanımlarının geyim stildir. Xırdalıqlarına qədər yoxlanılmış geyim nümunələrinin üzərində çoxlu stilist, dəb və makiyaj ustaları işlədiyi üçün ortaya iddialı və mükəmməl görkəm çıxır. Onların də

Dünyada ən çox müzakirə olunan mövzulardan biri də prezident xanımlarının geyim stildir. Xırdalıqlarına qədər yoxlanılmış geyim nümunələrinin üzərində çoxlu stilist, dəb və makiyaj ustaları işlədiyi üçün ortaya iddialı və mükəmməl görkəm çıxır. Onların dəb haqqında fikirləri və geyim tərzi zövqlü görünmək istəyən xanımlara bu yolda bələdçilik edir. Tabloid.az-ın “9 don” layihəsi çərçivəsində bu həftə birinci xanımların stilləri haqqında danışacağam.

Dünya liderlərinin xanımları geyim üslubu ilə müxtəlif mesajlar ötürürlər. Məsələn, Mişel Obama az pulla gözəl görünməyin mümkünlüyünü sübut etsə də, Şeyx Moza bahalı, təmtəraqlı və dəbdəbəli ziyafət libasları ilə hər kəsdə yüngül şok effekti yaradır. Jaklin Kennedi, Lalla Salma, Mişel Obama, Şeyx Moza Bint Nəsr, Katerina Yuşçenko, Karla Bruni, Mehriban Əliyeva, Əsma Əsəd, Samanta Kemeron kimi dünya liderlərinin həyat yoldaşları özünəməxsus tərzi ilə modapərəstlərin hər zaman diqqət mərkəzində dayanır.

Jaklin Kennedi: Misilsiz Jaklin Kennedi ABŞ tarixində yüksək zövqü və geyim üslubu ilə seçilən bir xanımdır. O, incə zövqü və geyim üslubu ilə adını əbədi olaraq dəb salnaməsinə yazdıran xanımlar siyahısına daxildir. Jaklin Kennedi dəb ilahəsi adını qazandıqdan sonra dünya liderlərinin digər həyat yoldaşları da ondan nümunə götürürlər. Geyimlərində daha ürəkli davranırlar. Əvvəllər onlar ictimaiyyətin mühakiməsindən qorxaraq özünü göstərməyə çəkinir və daha çox ərlərinin kölgəsində qalmağa üstünlük verirdilərsə, sonralar bu ənənə öz əhəmiyyətini itirir.

Jaklin Kennedi 1961-cü ildə ərinin andiçmə mərasimində ağ rəngə üstünlük vermişdi. Paltarı amerikalı dizaynerin - Bergdorf salonunun kuturyesində Etel Frankoya sifariş vermişdi, halbuki Jaklin “Chanel” markasının pərəstişkarı kimi tanınırdı. Jaklin özü andiçmə üçün tikilən paltarın hazırlanmasında iştirak edib.

Mişel Obama: Bəziləri gözünü qırpmadan dəhşətli dərəcədə bahalı geyimlərlə qəşəng görünməyə çalışır, bəziləri isə bunun tam əksi ola biləcəyinin də dərsini verir. Bunun ən yaxşı nümunəsi Mişel Obamadır. Üzərində sadə və tək rənglərlə dəqiq qeydlər aparır. Çox bahalı paltarlar almadan da qəşəng olmağın mümkün olduğunu göstərir. Hətta M.Obama ABŞ tarixində ilk birinci ledidir ki, bijuteriya taxmağı özünə rəva görüb.

5 самых стильных первых леди мира (фото 3)

5 самых стильных первых леди мира (фото 4)

Mişel Obama paltar seçimində sadəliyə üstünlük verir. Bədən quruluşunu yaxşı tanıdığı üçün özünə nəyin yaraşdığını yaxşı bilir. Bahalı və təmtəraqlı geyimlərə marağı yoxdur. Sadə geyimləri irihəcmli aksessuarlarla vurğulamağa çalışır. Amerikalı gənc dizayner Ceyson Vu ve Proenzanın eskizlərini çox bəyənir. Ağ paltar kolleksiyasının incilərindən birini Mişel Obama 2009-ci ildə ərinin andiçmə mərasimində geyinmişdi. Paltarın müəllifi gənc dizayner Ceyson Vudur.

“Öz işinizi və aid olduğunuz yeri tapın. Daha sonra da istədiyiniz və bəyəndiyiniz zinət əşyasını taxın”, bu sözləri ABŞ-birinci xanımı Mişel Obama deyir.

Onun yaxşı geyinib-geyinmədiyi, dəb qaydalarına əməl edib-etmədiyi, zövqü olub-olmadığı barədə istənilən qədər mübahisə etmək olar. Lakin onun özünəməxsus üslubu olduğunu və bu üsluba sadiq qaldığını inkar edə bilmərik. Qəşəng geyimləri özünə o qədər gözəl yaraşdırır ki, hətta protokol qaydalarını tapdalasa belə, bu ona insanların sevgisini qazanmağa mane olmur. Onun yaxşı və pis olması isə artıq zövq və təvəccöh məsələsidir. Xanım Obamanın parlaq və cəsarətli üslubu olduğuna şübhə ilə yanaşmaq və buna müdaxilə etmək isə düzgün olmazdı. Seçdiyi zinət əşyaları onun özünəməxsusluğunu vurğulamağa kömək edir.

Obama bütövlükdə obrazında parlaqlıq yaratmaq üçün zinət əşyalarından və aksessuarlardan çox istifadə edir. Gəlin etiraf edək ki, bu qadın zinət əşyalarını üzərində daşımağı da çox yaxşı bacarır. Onun bu sahədə məsləhətçisi olub-olmadığını dəqiq deyə bilmərəm, əgər varsa, məsləhətlərinə hər zaman əməl etmədiyi dəqiqdir. Onun üslubunda fərqli və maraqlı zinət əşyalarına tez-tez rast gəlirik. Bu da birinci xanımının protokol və etiket qaydalarına uyğun gəlmir. Onun saç düzümünü, geyimlərini və zinət əşyalarını tənqid edən dəb ustaları da kifayət qədərdir. Obama şəxsiyyəti ilə, hətta onu tənqid edənlərin də diqqətini cəlb edərək özünə qarşı maraq doğurur.

O təkcə qüsursuz üslubu və Amerikanın ən yaxşı dizaynerlərinin geyimləri ilə diqqət çəkmir, həm də siyasi xadim kimi çox fəaldır. Fastfood-ların icad edildiyi ölkənin birinci xanımı sağlam qidalanmağa üstünlük verir. Birinci xanım amerikalıları daim bol meyvə və tərəvəz yeməyə və mütəmadi olaraq idmanla məşğul olmağa dəvət edir.

Özü də verdiyi məsləhətlərə əməl edir. Ağ evin həyətindəki bağda tərəvəzlərə qulluq edir. Bir dəfə isə Amerikanın məşhur “Ellen” tok-şousunda canlı yayımda atletik məşqlər göstərmişdi. Əsasən də Mişel Obamanın rəqsi internetdə marağa səbəb olmuş və hitə çevrilmişdi. O, əla plastikasından çox komplsekslərdən uzaq olması ilə diqqət çəkmişdi. Nəhayət, Mişel Obama ABŞ-ın Ağ Evində yeganə qaradərili prezident xanımıdır. Bu, onu sələflərindən fərqlərindən yeganə xüsusiyyətdir.

Karla Bruni: O, dəb və siyasət tarixinin ən qalmaqallı personajıdır. Hər bir fransız xanımı kimi zərifliyi və ölçü hissi ilə fərqlənir. Müğənni və keçmiş model Krala Bruni Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə ərə gedəndən sonra öz imici ilə bağlı daha ehtiyatlı davranır. Gündəlik həyatda Karla klassik üsluba üstünlük versə də, cins şalvarlardan vaz keçə bilmir.

5 самых стильных первых леди мира (фото 1)Dəb jurnalları Karla Bruni ilə Mişel Obamanı əvvəllər tez-tez bir-bir ilə müqayisə edirdilər. Burada təəccüblü heç nə yoxdur. Çünki hər ikisinin həyat yoldaşı eyni siyasi dövrdə hakimiyyətə gəlmişdi. Hər ikisi parlaq və görkəmli qadınlardır, hər iksinin müəyyən üslubda özünəməxsus geyim tərzi var və hər ikisi birinci xanım statusuna layiq olmağa çalışırdı. “Vanity Fair” jurnalının çıxardığı reytinqə əsasən, Karla dünyanın ən yaxşı geyinən 10 birinci xanımlarından biri olub. O, həmçinin “Grazia” Britaniya jurnalının versiyasına görə, ən yaxşı üslubu ilə tanınmış şəxsiyyətlərin illik reytinqində 4-ci yeri tutub. Birinci xanım olduqdan sonra açıq geyimlərini ciddi paltarlar və baletkalarla əvəz edir. Karla Bruninin üslubu “Versace”, “Yves Saint-Laurent”, “Chanel”, “Christian Dior”, “Givenchy” və “Paco Rabanne” brendlərinin podiumda nümayişi zamanı formalaşıb. Fransanın keçmiş birinci xanımının sevimli dizayneri isə “Dior”dur. O, bu gün də öz üslubunda fəal şəkildə “Dior” geyimlərindən istifadə edir. Təkcə donları deyil, ayaqqabı və aksessuarlarının çoxu bu markaya aiddir. Sarkozinin xanımı sakit, təmkinli qara, boz, göy rənglərə daha çox müraciət edir. Stilistlər ona yaraşan rəngləri: incə yaşılın, zərif çəhrayının və göy rəngin müxtəlif çalarlarını uğurla seçirlər. Mütəxəssislər birinci xanımı geyimlərində onun italyan mənşəyi olduğunu xatırladan, obrazına xüsusi şarm verən zəngin və mənalı bənövşəyidən, təntənəli qırmızıdan vaxtaşırı istifadə edirlər. Həmçinin xanım Bruni şəkilli geyimləri nadir hallarda daşıyır. Fransanın keçmiş prezidentinin xanımının klassik üz cizgiləri və cazibədar fiqurası onun bədən quruluşunu vurğulayan istənilən geyimi daşımağa icazə verir. Kral Bruni xarici səfərlərdə həyat yoldaşını boz rəngli işgüzar kostyumda, 50-ci illərin safari stilində olan paltarlarında və təvazökar stildə paltolarda müşayiət edib. Gecə dəvətlərində fərqlənmək üçün orijinal biçimli libaslara müraciət edirdi. O, qarşımıza həmişə birrəngli geyimlərdə çıxırdı.

5 самых стильных первых леди мира (фото 2)

Hündürdaban ayaqqabılardan imtina edərək, yastı daban baletkalara üz tutub. Bu isə olduqca təbii haldır. Əgər o, model boyuna hündür daban ayaqqabıları da əlavə etsəydi, uca boy olmayan tərəf müqabili yanında kölgə kimi görünərdi.

Karla Bruni Fransanın dünyaca məşhur olan dizaynerlərinin hazırladığı, sadəliyi və təbiiliyi ilə seçilən zinət əşyalarını taxır. Yeganə ciddi üslub səhvi bahalı və gözə girə daş-qaşlara olan məhəbbətidir. Hansı ki, onları rəsmi qəbullarda da geyinərdi və bu, qətiyyən protokol qaydalarına uyğun deyildi. Buna görə, ətrafda qıcıq doğurur və tənqid edilirdi. Nikole Sarkozinin 3-cü həyat yoldaşı qalan bütün məsələlərdə yüksəkdə dayanır. Çox qısa müddətdə siyasi və dəb arenasının diqqətini özünə yönəldə bilir.

Birinci xanımın saç düzümü və makiyajı

Məlum olduğu kimi saç düzümü və makiyaj üslubu tamamlayan ən mürəkkəb detallardır. Məhz onları və maksimum təbiiliyi Karla Bruni öz ifasında uğurla tətbiq edir. Saçını illərin eksperimentlərindən keçirəndən sonra sakit və incə tonların üzərində dayanmağa qərar verir: yumşaq dalğalı zülflər, azca kəkil və təbii qəhvəyi. Təntənəli mərasimlərdə saçını yuxarıdan tarım - Odri Xepberinin saç düzümü kimi ( “Tiffanidə səhər yeməyi” filmində) yığır. Yeri gəlmişkən, bu saç düzümü onun üz quruluşuna qeyri-adi dərəcədə yaraşır.

Makiyajı demək olar ki, hiss olunmur. Gözlərini qəhvəyi və boz kölgələr, qəhvəyi tuş, dodaqlarını ziyafət gecələrində zəngin və tünd qırmızı, gündəlik isə kövrək çəhrayı və şaftalı tonları (pomada) ilə vurğulayır.

Valeriya Trierveyler: Fransanın hazırkı dövlət başçısının vətəndaş nikahında yaşadığı Valeriya Trierveyler sələfi, cazibədar müğənni və model Karlo Brunidən geri qalmır. Lakin onun kimi parlamaq fikrində də deyil, Valeriya daha üstün keyfiyyətlərə malikdir.

10 первых леди: выдающиеся жены президентов - фото 3

İstedadlı jurnalist və 3 uşaq anası olan Valeriya gələcək prezidentlə ilə 2008-ci ildə tanış olub. Onlar uzun müddət münasibətlərini gizli saxlasa da, hamı onu Fransua Ollandın tərəf müqabili kimi tanıyır. Elə buna görə də Valeriya Trierveyler prezidentlə əlaqələrini rəsmləşdirməyə tələsmir. Bəlkə də onların toy təşkil etməyə vaxtları olmur. Ekspertlər hesab edir ki, Fransua Ollandın hakimiyyətə gəlməsində Valeriyanın rolu böyük olub. Birinci xanım bütün ili seçki kompaniyası ilə məşğul olub, hazırda isə prezidentin əsas məsləhətçisi və sağ əli hesab olunur.

Mehriban Əliyeva: Mehriban Əliyevanın prezident İlham Əliyevin karyerasında uğurlar əldə etməsində rolu əvəzsizdir.

5 самых стильных первых леди мира (фото 9)

Mehriban Əliyeva hər işin öhdəsindən gəlir: o, təkcə 3 uşaq anası deyil, görkəmli ictimai xadim, BMT-nin və YUNESKO-nun xoşməramlı səfiri, həmçinin Heydər Əliyev Fondunun prezidentidir. Bundan başqa Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yüksək və incə zövqə malik olduğu üçün hər zaman qüsursuz və mükəmməl görünür. Hər zaman ideal formada qalan Mehriban Əliyevanın əzəmətli xanım tərzinə gənc qadınlar da heyranlıqla baxır. Dünyanın ən nüfuzlu moda jurnalları da Azərbaycanın birinci xanımının nadir ziyalı gözəlliyi ilə təbii məlahətinin vəhdət təşkil etdiyini xüsusi qeyd edirlər.

5 самых стильных первых леди мира (фото 10)

İstər beynəlxalq tədbirlər, istər ziyafətlər zamanı düzgün geyim forması, rəngi və üslubu seçmək protokol qaydalarının əsasını təşkil edən amillərdən biridir. Birinci xanımların geyimləri isə protokollara və qoyulan müəyyən tələblərə cavab verməlidir. Bu mənada Mehriban Əliyevanın zərif üslubunu bir nümunə kimi göstərmək olar. İştirak etdiyi rəsmi ziyafətlərdə, dövlət tədbirlərində, xarici səfərləri, bayram və digər xüsusi günlərdə tələb olunan geyim qaydalarına əməl edir. Zəriflik və incəlik onun üslubunun əsas xüsusiyyətləridir. Mehriban Əliyeva öz simasında sübut edir ki, moda bəlkə də fransız podiumlarında doğulur, amma zövq qəlbimizdə yaşayır.

Şeyx Moza: Deyirlər ki, dəblə ayaqlaşmaq çətin deyil, amma özünəməxsus tərzin olması bax bu çox qəliz və incə məsələdir. Dəbin arxasınca qaçmaq qadını bəzən gülməli vəziyyətə sala bilər, üslub isə hər zaman yüksəkdə dayanır. Bunun üçün modanı izləmək gərək deyil, əksinə ola bilər ki, moda həmin qadının arxasınca getsin. Dünyada və Avropada özünəməxsus tərzi olan qadınların sayı az deyil. Bəs İslam qanunlarının hakim olduğu bir ölkədə dəb ilahəsi statusuna nail olmaq mümkündürmü? İndi haqqında danışacağım xanım şərq ölkələrində də dəb ilahəsi statusuna layiq olmağın imkansız olmadığını sübut edə bilib.

5 самых стильных первых леди мира (фото 7)O, bəlkə də dünyanın ən gözəl siyasətçi xanımlarından biridir. Əgər siz Şeyx Mozanın nailiyyətləri və müdrik qərarları haqqında eşitmisinizsə, onun dünyanın ən varlı, güclü və nüfuzlu qadını kimi “Forbes” jurnalına daxil olduğunu bilirsiniz. Ümumiyyətlə, Şeyx Moza titul kolleksiyasına yenilərini dayanmadan artırmağa davam edir. O, dünya liderlərinin ən şıq geyinən xanımlarından biridir. Hətta məşhur modelyer Julyen Makdonald tərəfindən modanın kraliçası adı verilib. Geyimlərə inanılmaz pullar xərcləyir. O, qüsursuz stili ilə Jaklin Kennedi ilə müqayisə edilir. O bir dəfə geyindiyi ikinci dəfə geyinmir. Qarderobunda 12 milyon dollarlıq ziyafət libasını olduğunu deyən Qətərın 54 yaşlı birinci xanımı Şeyx Moza “Valentino”-nun heç bir dəfiləsini qaçırmır. Hətta onun üçün özəl dəfilələr sərgilənir.

5 самых стильных первых леди мира (фото 8)

Şeyx Moza Nəsir şərq qadınları barəsində yayılan bütün stereotipləri dağıdır. Məhz Şeyx Moza Ərəb ölkələrində islamın əsas etiket qaydalarını pozaraq ilk dəfə olaraq ictimaiyyət arasına üzü açıq görünməyə cəsarət edir. O, müəyyən və zərif üslubu ilə şərq ölkələrinə yenilik gətirir. Şeyx Moza onu heyranedici göstərən rənglərin harmoniyasını əla hiss edir. Onun dəbdəbəli geyimlərindəki dərin dolğun çalarlar parlaq zahiri ilə ideal şəkildə uyğunlaşır. Onun üslubu zinət elementləri ilə zəngin klassikaya daha yaxındır. Qətərin 54 yaşlı birinci xanımı qapalı və milli geyimlərdə həmişə nəcib, parlaq və zövqlü görünür. “Vanity Fair” jurnalına əsasən ən yaxşı geyinən məşhurlar sırasına daxildir. Bu barədə mübahisə etmək yersiz olardı. Hətta super modapərəst olduğunu iddia edə bilərik.

Öz ölkəsində milli geyimlərdə gəzən Moza, ölkə xaricində bir-birindən gözəl modellər geyinir. Dünyanın ən öndə gedən markaları ilə arası yaxşı olsa da, o da bütün zövqlü xanımlar kimi “Chanel” vurğunudur. Onun geyimləri heç kəsin diqqətindən yayınmır, elə buna görə də, dünyanın bir çox jurnallarında müzakirə mövzusu olur.

Katerina Yuşçenko: O, vaxtı ilə Ukraynanın birinci xanımı olub və yalnız rus dizaynerlərdən geyinirdi. Demək olar ki, bütün Ukrayna birinci xanımları Katerina Yuşçenko ilə qürur duyurdu. Onun yalnız gözəl və zərif olması deyil, eyni zamanda, stil sahibi və qəşəng qadın olduğu da dilə gətirilir. Maraqlıdır ki, Katerina xarici dizaynerlərin paltarlarını geyinmir. Sadəcə yerli və rus dizaynerlərə müraciət edir. Birinci xanım statusunu daşıyanda Roksolana Bogutskanın geyimlərinə daha çox üstünlük verirdi. Qarderobunda dəst geyimlər çoxluq təşkil edir.

Ukraynanın keçmiş birinci xanımı Corctaun Universitetində Beynəlxalq İqtisadiyyat ixtisası üzrə təhsil alıb. ABŞ Konqresi də maliyyə Nazirliyində, həmçinin Ağ Evin ictimai əlaqələr Ofisinin sədr müavini işləyib. 90-cı illərin əvvəllərində Ukraynaya qayıdıb. Ukrayna Milli Bankının rəhbəri işlədiyi dövrlərdə gələcək həyat yoldaşı ilə tanış olur. 1998-ci ildə onun qanuni həyat yoldaşı olur, 2005-ci ildə isə Ukrayna vətəndaşlığını alır. Katerina Yuşçenko həyat yoldaşı Viktorun siyasi fəaliyyətində yaxından iştirak edirdi.

Rəsmi görüşlərdə və qəbullarda Katerina təmkinli görünməyə çalışırdı. Buna görə, onun obrazı çox tənqid olunurdu. Amma birinci xanım bu cür söz-söhbətləri həmişə zarafata salırdı. O deyirdi ki, həyat çox qısadır, onu gözəllik salonlarında xərcləyərək vaxt itirmək olmaz. Üç uşaq anası indi nadir hallarda görünür, o, uşaqların tərbiyəsi və ictimai işlərlə məşğul olmağa davam edir.

Lalla Salma: Mərakeş Şahzadəsi Lalla Salmanın geyindiyi parçalar müzakirə mövzusu olur. Mərakeşli qadınların geyimləri rənglərinin çılğınlığı ilə daha çox diqqət çəkir. Mərakeşin birinci xanımı Kral V Məhəmmədin həyat yoldaşı Lalla Salma haqqında “Kaftan elçisi” demək olar. Bəlkə iddialı olacaq, amma dünyada kaftan heç bir qadına bu qədər yaraşmır. Ailə daxili özəl günlərdə, toylarda, ya da dünya miqyasında verdiyi dəvətlərdə ənənəvi və milli paltarlar geyinir. Bu yerli geyimlərlə o, heç də digər birinci xanımlardan geri qalmır, əksinə, özünəməxsus tərzini olduğunu ortaya qoyur. Lalla Salma Ərəb dünyasının modern üzü kimi səciyyələndirilsə də, istər xarici səfərlərində, istər ölkəsindəki rəsmi mərasimlərdə daşlı bəzəkli paltarlar geyinməkdən çəkinmir.

Əsma Əsəd: Siyasi həyatda aktiv olan bir çox birinci xanımdan fərqli olaraq, Əsma Əsəd kənarda qalmağa üstünlük verir. Əsma Əsəd ictimaiyyət qarşısında tez-tez görünməsə də, onun hər çıxışı diqqətə və tərifə layiqdir. Ancaq təəssüf ki, Suriya liderinin xanımının gözəlliyi və üslubu ölkədə baş verən narazılığı aradan qaldırmaqda ona kömək etmir.

5 самых стильных первых леди мира (фото 5)

Bəşər Əsədin həyat yoldaşı Suriyalı köklərə sahib olsa da, əsl avropalı qadındır. Əsma Əsəd Londonda anadan olub və orada təhsil alıb, daha sonra isə ABŞ-da böyük maliyyə şirkətlərinin birində fəaliyyət göstərib. Bəşər Əsədlə ailə qurduqdan bəri Suriyada yaşayır.

5 самых стильных первых леди мира (фото 6)

Prezidentin həyat yoldaşı özünü Suriyada liberal sima hesab edir. Belə ki, o heç vaxt milli ərəb geyimləri geyinmir, ölkədə də seçim azadlığı mövcuddur. Hazırda Əsma Əsəd 3 övladının tərbiyəsi ilə məşğul olur və nadir hallarda siyasi işlərə cəlb olunur. Suriyadakı gərgin müharibə vəziyyətini nəzərə alsaq, birinci xanım siyasətdən tamamilə uzaqlaşa bilməz.

Raniyə Əl-Abdullah: Əsrlər boyunca kral ailələrinin şahzadələri xalq nağıllarının baş qəhrəmanlarından olur, onların gözəlliyi haqqında dastanlar yazılır, nağıl qəhrəmanları bu şahzadə qızların sevgisini qazanmaq üçün müxtəlif çətinliklərdən keçməli olurlar.

Рания Аль-Абдулла

Müasir dövrümüzdə çox şeylər dəyişib, artıq monarxiya quruluşuna sahib dövlətlərin sayı yüzlərlə deyil, onlarla ölçülür və onların əksəriyyətində monarx formal rol oynayır.
Lakin bununla belə, monarx ailələri daim diqqət mərkəzində olub, şahzadə gənclər və qızların toy mərasimləri isə dünya mətbuatında böyük ajiotaj doğurub. Bundan başqa, müasir dövrümüzün şahzadələri nağıllarda deyilən kimi sarayda əyləşib, günlərini keçirmir, fəal həyat tərzi yaşayırlar.

Raniyə Əl-Abdullah İordaniya kralı II Abdullahın həyat yoldaşıdır. Onu haqlı olaraq planetin ən gözəl kraliçası hesab edirlər. O, Misirdə Amerika universitetində işgüzar inzibatçılıq ixtisası üzrə təhsil alıb. İnadcıl xarakterinə malik olan Raniyə Əl-Abdullah gənc yaşlarından işgüzarlığa can atıb. O, gələcək həyat yoldaşı İordaniya kralı ilə Əmman şəhərində Citibank da tanış olub. Cütlük 1993-ci il iyunun 10-də evlənir. Raniyə kral Hüseynin vəfatı ilə bağlı rəsmi üç aylıq matəm bitdikdən sonra kraliça titulunu alır. Raniyə özünü əsl ərəb qadını hesab edir. O, dörd uşaq anasıdır, uşaqların tərbiyəsinə və ailəsinə böyük diqqət yetirir. Raniyənin gözəl qadın olmasına şübhə etmək olmaz, öz təvazökarlığı sayəsində o, dünyada qadınlar arasında hörmət və şöhrət qazana bilib. Buna inanmaq çətindir, lakin kraliça hər gün öz rəsmi saytında internetdə pərəstişkarları ilə ünsiyyət saxlayır və onların suallarına nəzakətlə cavab verir.

Ailə vəzifələrinin dolğun qrafiki Raniyəyə İordaniya fondunun başçısı olmağa mane olmur. 1995-ci ildə təşkil etdiyi bu fond uşaqların və qadınların hüquqlarını qorumaq məqsədi daşıyır. Onun qüsursuz üslubu heç kimin nəzərindən qaçmır. Kraliçanın sevimli dizaynerləri Elia Saab və Corcio Armanidir. Corc Armani İordaniya kraliçasını öz növbəsində, yaradıcılığının əsas ilham pərisi hesab edir.

Təbii gözəllik nisbi şeydir, onu müzakirə etmək olar. Zövq məsələsində isə ehtiyatlı davranmaq lazımdır. Seçdiyimiz birinci xanımların tərzləri də bir-birindən kəskin şəkildə fərqlənir. Stilləri fərqli olmasına baxmayaraq, bu xanımların xeyriyyəçiliklə məşğul olması, məlahətli və qəşəng olmaları onların ortaq xüsusiyyətləridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm